Geri

Maarifləndirmə tədbirləri davam etdirilir

FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin Aran regional Dövlət Yanğın Nəzarəti İdarəsi 27 avqust  2019-cu il tarixində Ucar şəhəri 4 saylı Uşaq bağcasında, Göyçay şəhəri Uşaq poliklinikasında, Yevlax rayon Quşçu kənd Uşaq bağcasında, Qarabağ regional Dövlət Yanğın Nəzarəti İdarəsi Biləsuvar rayonu ərazisində, Cəbrayıl rayonundan məcburi köçkünlər üçün salınmış 11 saylı qəsəbədə yerləşən Uşaq bağçası və Tibb məntəqəsində, Bərdə Meşə Təsərrüfatı Mərkəzinin 14-cü meşə dolayında, Muğan regional Dövlət Yanğın Nəzarəti İdarəsi Şirvan şəhərində yerləşən Tikinti materialları satışı sahəsində, Gəncə regional Dövlət Yanğın Nəzarəti İdarəsi Şəmkir şəhər Bələdiyyəsinin Yastı meşə adlanan ərazisində, Şimal-Qərb regional Dövlət Yanğın Nəzarəti İdarəsi Şəki şəhər 10 saylı Uşaq bağcasında, Şimal regional Dövlət Yanğın Nəzarəti İdarəsi Xaçmaz rayon Gigiyena və Epidemiologiya Mərkəzində, 3-cü ərazi Dövlət Yanğın Nəzarəti İdarəsi 22 saylı şəhər xəstəxanasında, 1-ci ərazi Dövlət Yanğın Nəzarəti İdarəsi Qobustan şəhərində yerləşən H.Əliyev İrsinin Öyrənilməsi Mərkəzində yanğın təhlükəsizliyi sahəsində maarifləndirmə tədbirləri keçirib.

Tədbirlərdə “İnzibati binalar üçün yanğın təhlükəsizliyi qaydaları”, “Dəm qazı təhlükəsi”, “Məişətdə yanğın təhlükəsizliyi”, “112” qaynar xətti”nə nə vaxt zəng etməli?”, “Meşələrdə yanğın təhlükəsizliyi”, “Odsöndürənlərdən istifadə qaydası” barədə, həmçinin adıçəkilən müəssisələrdə yanğın təhlükəsizliyi qaydaları haqqında ətraflı məlumat verilib. Toplantılarda, həmçinin ərazinin daim təmiz vəziyyətdə saxlanılması, normativ sənədlərə uyğun ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməsi, yanğın zamanı insanların binadan köçürülməsi planlarının, pilləkən qəfəslərində əlavə otaqların quraşdırılmasının yolverilməzliyi, yanğına qarşı su təchizatına - hovuzlara, kəmərlərə, çən və hidrantlara qayğı ilə yanaşılmasının vacibliyi  qeyd olunub.

Tədbirlərdə ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani olaraq nümayiş etdirilib, yanğına qarşı təbliğat işində istifadə olunması üçün “Vətəndaşların nəzərinə”, “Yanğın zamanı davranış qaydaları” mövzularında yaddaş vərəqələri və bukletlər paylanılıb.

Digər məlumatlar

FHN-in Şimal Regional Mərkəzi mülki müdafiə kursları təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi 2-13 sentyabr 2019-cu il tarixlərində rayon ümumtəhsil orta məktələrinin və onlara bərabər tutulan təhsil müəssisələrinin 2, 5 və 6-cı sinif rəhbərləri ilə metodiki toplantı keçirib. ...

Ardını oxu

FHN-in qurumları arasında səmti müəyyən etmə idman növü üzrə keçirilən çempionata yekun vurulub

11-13 sentyabr 2019-cu il tarixlərində Fövqəladə Hallar Nazirliyi İdman-Sağlamlıq Mərkəzinin və FHN İşçilərinin Həmkarlar İttifaqının birgə təşkilatçılığı ilə Qəbələ rayonunun meşə zolağında Fövqəladə Hallar Nazirliyinin qurumları arasında səmti müəyyən etmə üzrə keçirilən çempionata yekun vurulub. ...

Ardını oxu

FHN-in Aran Regional Mərkəzi maarifləndirmə tədbiri keçirib

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi 13 sentyabr 2019-cu il tarixində Mingəçevir şəhər Mərkəzi kitabxanada “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirib. ...

Ardını oxu