Geri

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirləri keçirir

FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin İctimai Obyektlərə Nəzarət Sektoru 23 avqust  2019-cu il tarixində Bakı şəhərində yerləşən “Alba Hotel”də, Şimal-Qərb regional Dövlət Yanğın Nəzarəti İdarəsi Şəki şəhəri 29 saylı Uşaq bağcasında, Cənub regional Dövlət Yanğın Nəzarəti İdarəsi Lerik şəhərində yerləşən Aqrar İnkişaf Mərkəzində, Gəncə regional Dövlət Yanğın Nəzarəti İdarəsi Daşkəsən rayon Mərkəzi Xəstəxanasında, Gəncə şəhər Təxirəsalınmaz Tibbi Yardım Xəstəxanasında, Muğan regional Dövlət Yanğın Nəzarəti İdarəsi “MKT İ.K” MMC-nin Sabirabad filialında, İmişli şəhəri 35 saylı Uşaq bağcasında, Qarabağ regional Dövlət Yanğın Nəzarəti İdarəsi Ağcabədi şəhər Qayğı Mərkəzində və Ağcabədi rayon Kəbirli kənd Həkim Məntəqəsində, Sumqayıt regional Dövlət Yanğın Nəzarəti İdarəsi Sumqayıt Texniki Kollecində, 1-ci ərazi Dövlət Yanğın Nəzarəti İdarəsi Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən 19 saylı Poliklinikada, Aran  regional Dövlət Yanğın Nəzarəti İdarəsi Arxiv İdarəsinin Göyçay filialında, Kürdəmir rayon Mərkəzi Xəstəxanasında, Zərdab rayon Mərkəzi Kitabxanasında, Goranboy rayonu Səfikürd kəndində Tibb Məntəqəsində yanğın təhlükəsizliyi sahəsində maarifləndirmə tədbirləri keçirib.

Tədbirlərdə “İnzibati binalar üçün yanğın təhlükəsizliyi qaydaları”, “Dəm qazı təhlükəsi”, “Məişətdə yanğın təhlükəsizliyi”, “112” qaynar xətti”nə nə vaxt zəng etməli?”, “Odsöndürənlərdən istifadə qaydası” barədə, həmçinin adıçəkilən müəssisələrdə yanğın təhlükəsizliyi qaydaları haqqında ətraflı məlumat verilib. Toplantılarda, həmçinin ərazinin daim təmiz vəziyyətdə saxlanılması, normativ sənədlərə uyğun ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməsi, yanğın zamanı insanların binadan köçürülməsi planlarının, pilləkən qəfəslərində əlavə otaqların quraşdırılmasının yolverilməzliyi, yanğına qarşı su təchizatına - hovuzlara, kəmərlərə, çən və hidrantlara qayğı ilə yanaşılmasının vacibliyi  qeyd olunub.

Tədbirlərdə ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani olaraq nümayiş etdirilib, yanğına qarşı təbliğat işində istifadə olunması üçün “Vətəndaşların nəzərinə”, “Yanğın zamanı davranış qaydaları” mövzularında yaddaş vərəqələri və bukletlər paylanılıb.

Digər məlumatlar

FHN-in Gəncə Regional Mərkəzində xilasedicilər üçün kurslar təşkil olunub

16-20 sentyabr 2019-cu il tarixlərində Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzində FHN-in Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ – Mədən Nəzarəti Dövlət Agentliyi... ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi maarifləndirmə tədbiri keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi 20 sentyabr 2019-cu il tarixində FHN-in regionda fəaliyyət göstərən digər qurumları ilə birgə Lerik rayon Vizəzəmin kənd tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirib. ...

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin maarifləndirmə tədbirləri davam edir

FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin Gəncə regional  Dövlət Yanğın Nəzarəti İdarəsi 20 sentyabr 2019-cu il tarixində Gəncə şəhər M.C.Paşayev adına 39 nömrəli tam orta məktəbində......

Ardını oxu