Geri

FHN-in Qarabağ Regional Mərkəzi mülki müdafiə məşqi keçirib

FHN-in Qarabağ Regional Mərkəzinin Mülki müdafiə idarəsi tərəfindən 23 avqust 2019-cu il tarixində Bərdə rayon Subartezian Quyularinin İstismari İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması” mövzusunda nümunəvi obyekt mülki müdafiə məşqi keçirilib.

Məşqin keçirilməsində əsas məqsəd fövqəladə hadisələrin nəticələri aradan qaldırılarkən işçilərin funksional vəzifələrini yerinə yetirmələri üzrə nəzəri bilik və praktiki vərdişlərini təkmilləşdirməkdən, fövqəladə hadisələrin qarşısının alınması işində təşkilatçılığın və operativliyin artırılmasına, əhalinin təhlükəsizlik və müdafiə dərəcəsinin yüksəldilməsinə köməklik göstərməkdən ibarət olub. Məşqin keçirilməsinə FHN-in Qarabağ Regonal Mərkəzinin və Bərdə rayon Subartezian Quyularinin İstismari İdarəsinin rəhbər heyəti, müəssisənin mülki müdafiə qüvvələrinin şəxsi heyəti və texnikası cəlb edilib.

Məşq iki mərhələdə keçirilib. Birinci mərhələ xəbərdarlıq və toplanış siqnalı ilə başlanıb, məşqə cəlb olunmuş rəhbər heyət rabitə və xəbərdarlıq sxeminə uyğun olaraq toplanıb və müəssisənin rəhbər heyətinə məşqin mövzusu, məqsədi və şərti olaraq baş vermiş fövqəladə hadisələr barədə məlumatlar çatdırılıb. Obyektin mülki müdafiə planı və hər bir vəzifəli şəxsin funksional vəzifələri nəzərdən keçirilib, xilasetmə işlərinə cəlb olunacaq qüvvə və vasitələrin hesabatı dəqiqləşdirilib.

Məşqin ikinci mərhələsində fövqəladə hallar zamanı rəhbər heyətin mülki müdafiə qüvvələrini idarə və düzgün qərarlar qəbul etmək bacarığı, eyni zamanda mülki müdafiə qüvvələrinin fövqəladə hadisə baş vermiş ərazilərdə xilasetmə və digər təxirəsalınmaz işləri aparmaq bacarığı əyani nümayış olunub. Baş vermiş şərti fövqəladə hadisələr (zəlzələ, yanğın, partlayış) barədə kəşfiyyat məlumatlarına əsasən, əraziyə mülki müdafiə qüvvələri yeridilib, şərti xəsarət alanlar təhlükəli ərazidən çıxarılıb, ilkin tibbi yardım göstərilərək aidiyyəti üzrə təhvil verilib. Məşqin gedişi zamanı verilən məlumatlar xəritədə öz əksini tapıb və obyekt rəhbərinin müvafiq əmrləri hazırlanıb.

Sonda məşqin yekunu ilə əlaqədar təhlillər aparılıb, nöqsan və çatışmazlıqlar müzakirə olunub.

Digər məlumatlar

FHN-in Gəncə Regional Mərkəzində xilasedicilər üçün kurslar təşkil olunub

16-20 sentyabr 2019-cu il tarixlərində Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzində FHN-in Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ – Mədən Nəzarəti Dövlət Agentliyi... ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi maarifləndirmə tədbiri keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi 20 sentyabr 2019-cu il tarixində FHN-in regionda fəaliyyət göstərən digər qurumları ilə birgə Lerik rayon Vizəzəmin kənd tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirib. ...

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin maarifləndirmə tədbirləri davam edir

FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin Gəncə regional  Dövlət Yanğın Nəzarəti İdarəsi 20 sentyabr 2019-cu il tarixində Gəncə şəhər M.C.Paşayev adına 39 nömrəli tam orta məktəbində......

Ardını oxu