Geri

FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti maarifləndirmə tədbiri keçirib

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti FHN-in Bakı Regional Mərkəzi ilə birgə 23 avqust 2019-cu il tarixində maarifləndirmə tədbiri keçirib.

Xəzər rayonunun Mərdəkan qəsəbəsində “Kiçikhəcmli gəmilərin təhlükəsiz istismarı” mövzusunda keçirilən təbdirdə kiçikhəcmli gəmi istifadəçiləri iştirak edib. İstifadəçilərə bu tip gəmilərin təchizat avadanlıqları və istismar qaydaları barədə məlumat verilib. Həmçinin kiçikhəcmli gəmilərin qanunvericiliklə nəzərdə tutulmuş qaydada dövlət qeydiyyatına alınmasının və texniki baxışdan keçirilməsinin, habelə gəmi sürücüləri tərəfindən sürücülük vəsiqələrinin alınmasının vacibliyi diqqətə çatdırılıb. Eyni zamanda kiçikhəcmli gəmi sürücüləri kollektiv və fərdi xilasedici vasitələrdən istifadə qaydaları ilə bağlı da maarifləndirilib.

Sonda gəmi istifadəçilərinə kiçikhəcmli gəmilərin təchizat avadanlıqları və təhlükəsiz istismar qaydaları haqqında maarifləndirici broşürlər paylanılıb.

Digər məlumatlar

FHN-in Dövlət Yanğından Mühafizə Xidmətində Xocalı soyqırımı ilə bağlı tədbir keçirilib

FHN-in Dövlət Yanğından Mühafizə Xidmətində 25 fevral 2020-ci il tarixində Xocalı soyqırımının 28-ci ildönümünə həsr edilmiş anım tədbiri keçirilib. Mərasimdə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.      ...

Ardını oxu

FHN-in regional mərkəzləri maarifləndirmə tədbirləri keçirib

25 fevral 2020-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi Ağcabədi şəhər 2 nömrəli tam orta məktəbində, Şimal Regional Mərkəzi Xaçmaz rayon Qadaşoba kənd tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbirləri keçirib. ...

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirlərini davam etdirir

25 fevral 2020-ci il tarixində FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin Muğan regional Dövlət Yanğın Nəzarəti İdarəsi Sabirabad şəhər Kür-Araz çaylarında Bəndlərin İstismar İdarəsində, Şirvan Müalicə Diaqnostika Mərkəzində, Qarabağ regional Dövlət Yanğın Nəzarəti İdarəsi Ağdam rayon Soltanbud və Hacıturalı kənd tam orta məktəblərində, Ağcabədi şəhər 2 nömrəli......

Ardını oxu