Geri

FHN-in Sumqayıt Regional Mərkəzi seminar-müşavirə keçirib

21 avqust  2019-cu il tarixində Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi Dövlət Sərhəd Xidmətinin Abşeron rayonunda yerləşən “N” saylı hərbi hissəsində “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda seminar-müşavirə keçirib.

Tədbirin keçirilməsində əsas məqsəd hərbi hissənin şəxsi heyətinin fövqəladə hallarla bağlı davranış qaydaları və mülki müdafiə sahəsində biliklərinin artırılmasına, baş verə biləcək yanğın və ya partlayış hadisələrinin qarşısının alınması məqsədilə profilaktik tədbirlərin görülməsinə nail olmaq olub.

Tədbirdə FHN-in Sumqayıt Regional Mərkəzinin, I ərazi Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşları və hərbi hissənin şəxsi heyəti iştirak ediblər.

Seminar-müşavirədə “Fövqəladə halların təsnifatı”,“Zəlzələ zamanı necə davranmalı?”, “Sel və daşqın zamanı nə etməli?”, “Məişətdə yanğın zamanı davranış qaydaları”, “Odsöndürən balonlardan istifadə”,“Çimərliklərdə təhlükəsizlik qaydaları”,“Dəm qazı”və “112” qaynar xətti” mövzularında çıxışlar edilmiş, mövzulara aid videoçarxlar nümayiş etdirilib. 

Sonda mövzulara dair suallar cavablandırılıb, maarifləndirmə xarakterli təbliğat materialları, yaddaş kitabçaları, bukletlər paylanılıb.

Digər məlumatlar

FHN-in Gəncə Regional Mərkəzində xilasedicilər üçün kurslar təşkil olunub

16-20 sentyabr 2019-cu il tarixlərində Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzində FHN-in Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ – Mədən Nəzarəti Dövlət Agentliyi... ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi maarifləndirmə tədbiri keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi 20 sentyabr 2019-cu il tarixində FHN-in regionda fəaliyyət göstərən digər qurumları ilə birgə Lerik rayon Vizəzəmin kənd tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirib. ...

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin maarifləndirmə tədbirləri davam edir

FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin Gəncə regional  Dövlət Yanğın Nəzarəti İdarəsi 20 sentyabr 2019-cu il tarixində Gəncə şəhər M.C.Paşayev adına 39 nömrəli tam orta məktəbində......

Ardını oxu