Geri

FHN-in Şimal-qərb Regional Mərkəzində mülki müdafiə kursları keçirilib

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzində “2019-cu il üçün Mülki müdafiə kurslarının dinləyicilərlə komplektləşdirmə planı”na əsasən, 19-21 avqust 2019-cu il tarixlərində “Hərbiləşdirilməmiş Mülki müdafə dəstələrinin komandir rəis heyətinin mülki müdafiə və fövqəladə hadisələrdən mühafizəsi üsullarının hazırlanılması” proqramı əsasında kəşfiyyat manqa komandirləri kateqoriyası üzrə mülki müdafiə kursları keçirilib.

Kurslarda idarə, müəssisə və təşkilatlarda yaradılmış kəşfiyyat manqalarının komandirləri iştrak edib. Kurslarda müəssisədə baş vermiş və ya  baş verə biləcək fövqəladə hadisələrdən mühafizəsi üsulları, fövqəladə hadisə zamanı davranış qaydaları, fərdi və kollektiv mühafizə vasitələrindən istifadə qaydaları, mülki müdafiə qüvvə və vasitələrinin idarə olunması üzrə bacarıqlarının təkmilləşdirilməsi ilə bağlı məlumatlar verilib, həmçinin xilasetmə alət və avadanlıqlardan istifadə qaydası əyani şəkildə izah edilib.

Kursların sonunda proqramı müvəffəqiyyətlə başa vurmuş dinləyicilərə müvafiq şəhadətnamələr təqdim olunub.

Digər məlumatlar

FHN-in Dövlət Yanğından Mühafizə Xidmətində Xocalı soyqırımı ilə bağlı tədbir keçirilib

FHN-in Dövlət Yanğından Mühafizə Xidmətində 25 fevral 2020-ci il tarixində Xocalı soyqırımının 28-ci ildönümünə həsr edilmiş anım tədbiri keçirilib. Mərasimdə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.      ...

Ardını oxu

FHN-in regional mərkəzləri maarifləndirmə tədbirləri keçirib

25 fevral 2020-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi Ağcabədi şəhər 2 nömrəli tam orta məktəbində, Şimal Regional Mərkəzi Xaçmaz rayon Qadaşoba kənd tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbirləri keçirib. ...

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirlərini davam etdirir

25 fevral 2020-ci il tarixində FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin Muğan regional Dövlət Yanğın Nəzarəti İdarəsi Sabirabad şəhər Kür-Araz çaylarında Bəndlərin İstismar İdarəsində, Şirvan Müalicə Diaqnostika Mərkəzində, Qarabağ regional Dövlət Yanğın Nəzarəti İdarəsi Ağdam rayon Soltanbud və Hacıturalı kənd tam orta məktəblərində, Ağcabədi şəhər 2 nömrəli......

Ardını oxu