Geri

Maarifləndirmə tədbirləri davam edir

FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin Gəncə regional Dövlət Yanğın Nəzarəti İdarəsi 21 avqust  2019-cu il tarixində Ağstafa rayonunda yerləşən “Akkord Tekstil” MMC-də, Qarabağ regional Dövlət Yanğın Nəzarəti İdarəsi Ağcabədi şəhər 1 saylı Mənzil İstismar Sahəsində, Beyləqan rayonunda yerləşən Pambıq emalı zavodunda, Aran regional Dövlət Yanğın Nəzarəti İdarəsi Göyçay rayon Qarabakkal kənd İcra nümayəndəliyində, Yevlax şəhər 8 saylı Uşaq bağcasında, Ucar rayon və Mingəçevir şəhər Tarix və Diyarşunaslıq Muzeylərində, Zərdab rayon Peşə Liseyində, Mingəçevir şəhər 5 və 6 saylı Uşaq bağçalarında, Naftalan şəhər Mənzil İstismar Sahəsində, Zərdab rayon Suvarma Sistemləri İdarəsində, Sumqayıt regional Dövlət Yanğın Nəzarəti İdarəsi Sumqayıt şəhər 38 saylı Uşaq bağcasında, Şimal-Qərb regional Dövlət Yanğın Nəzarəti İdarəsi Dövlət Miqrasiya Xidmətinin Ağsu rayon şöbəsində, Cənub regional Dövlət Yanğın Nəzarəti İdarəsi Astara şəhər 2 saylı Uşaq bağcasında, 1-ci ərazi Dövlət Yanğın Nəzarəti İdarəsi Binəqədi rayon 178 saylı Uşaq bağcasında, Muğan regional Dövlət Yanğın Nəzarəti İdarəsi Hacıqabul rayon “MuğanAqro” MMC-nin kənd təsərrüfatı sahəsində, Şirvan şəhəri Mexaniki Təmir Zavodunda və Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecin yataqxanasında yanğın təhlükəsizliyi sahəsində maarifləndirmə tədbirləri keçirib.

Tədbirlərdə “İnzibati binalar üçün yanğın təhlükəsizliyi qaydaları”, “Dəm qazı təhlükəsi”, “Məişətdə yanğın təhlükəsizliyi”, “112” qaynar xətti”nə nə vaxt zəng etməli?”, “Odsöndürənlərdən istifadə qaydası” barədə, həmçinin adıçəkilən müəssisələrdə yanğın təhlükəsizliyi qaydaları haqqında ətraflı məlumat verilib. Toplantılarda, həmçinin ərazinin daim təmiz vəziyyətdə saxlanılması, normativ sənədlərə uyğun ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməsi, yanğın zamanı insanların binadan köçürülməsi planlarının, pilləkən qəfəslərində əlavə otaqların quraşdırılmasının yolverilməzliyi, yanğına qarşı su təchizatına - hovuzlara, kəmərlərə, çən və hidrantlara qayğı ilə yanaşılmasının vacibliyi  qeyd olunub.

Tədbirlərdə ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani olaraq nümayiş etdirilib, yanğına qarşı təbliğat işində istifadə olunması üçün “Vətəndaşların nəzərinə”, “Yanğın zamanı davranış qaydaları” mövzularında yaddaş vərəqələri və bukletlər paylanılıb.

Digər məlumatlar

FHN-in Dövlət Yanğından Mühafizə Xidmətində Xocalı soyqırımı ilə bağlı tədbir keçirilib

FHN-in Dövlət Yanğından Mühafizə Xidmətində 25 fevral 2020-ci il tarixində Xocalı soyqırımının 28-ci ildönümünə həsr edilmiş anım tədbiri keçirilib. Mərasimdə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.      ...

Ardını oxu

FHN-in regional mərkəzləri maarifləndirmə tədbirləri keçirib

25 fevral 2020-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi Ağcabədi şəhər 2 nömrəli tam orta məktəbində, Şimal Regional Mərkəzi Xaçmaz rayon Qadaşoba kənd tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbirləri keçirib. ...

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirlərini davam etdirir

25 fevral 2020-ci il tarixində FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin Muğan regional Dövlət Yanğın Nəzarəti İdarəsi Sabirabad şəhər Kür-Araz çaylarında Bəndlərin İstismar İdarəsində, Şirvan Müalicə Diaqnostika Mərkəzində, Qarabağ regional Dövlət Yanğın Nəzarəti İdarəsi Ağdam rayon Soltanbud və Hacıturalı kənd tam orta məktəblərində, Ağcabədi şəhər 2 nömrəli......

Ardını oxu