Geri

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzində mülki müdafiə kursları keçirilib

Fövqəladə Hallar Nazirliyninn Cənub Regional Mərkəzində 2019-cu il üçün mülki müdafiə kurslarının dinləyicilərlə komplektləşdirmə planına əsasən, 14-16 avqust 2019-cu il tarixlərində "Yanğınsöndürmə manqalarının komandirləri" kateqoriyası üzrə mülki müdafiə kursları keçirilib.

Kurslarda dinləyicilərə əhalinin baş verə biləcək fövqəladə hadisələrdən mühafizə üsulları və davranış, fərdi və kollektiv mühafizə vasitələrindən istifadə qaydaları, idarəetmə orqanlarının fəaliyyəti və əhalinin mühafizəsi sahəsində rolu, zərərçəkmişlərə ilk tibbi yardımın göstərilməsi, həmçinin mülki müdafiə qüvvə və vasitələrinin idarə olunması üzrə bacarıqların təkmilləşdirilməsi, habelə təsdiq olunmuş proqram əsasında mülki müdafiə və fövqəladə hadisələrdən mühafizə sahəsində vəzifələrin yerinə yetirilməsi mövzuları üzrə məşğələlər keçirilib.

Tədbirlərin sonunda kursları müvəffəqiyyətlə başa vurmuş dinləyicilərə müvafiq şəhadətnamələr təqdim olunub.

Digər məlumatlar

FHN-in Dövlət Yanğından Mühafizə Xidmətində Xocalı soyqırımı ilə bağlı tədbir keçirilib

FHN-in Dövlət Yanğından Mühafizə Xidmətində 25 fevral 2020-ci il tarixində Xocalı soyqırımının 28-ci ildönümünə həsr edilmiş anım tədbiri keçirilib. Mərasimdə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.      ...

Ardını oxu

FHN-in regional mərkəzləri maarifləndirmə tədbirləri keçirib

25 fevral 2020-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi Ağcabədi şəhər 2 nömrəli tam orta məktəbində, Şimal Regional Mərkəzi Xaçmaz rayon Qadaşoba kənd tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbirləri keçirib. ...

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirlərini davam etdirir

25 fevral 2020-ci il tarixində FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin Muğan regional Dövlət Yanğın Nəzarəti İdarəsi Sabirabad şəhər Kür-Araz çaylarında Bəndlərin İstismar İdarəsində, Şirvan Müalicə Diaqnostika Mərkəzində, Qarabağ regional Dövlət Yanğın Nəzarəti İdarəsi Ağdam rayon Soltanbud və Hacıturalı kənd tam orta məktəblərində, Ağcabədi şəhər 2 nömrəli......

Ardını oxu