Geri

FHN Akademiyasının kursantları Bakı Regional Mərkəzində “Qrup rəisi” vəzifəsində istehsalat təcrübəsi keçiblər

Fövqəladə Hallar Nazirliyi Akademiyasının Həyat fəaliyyətinin təhlükəsizliyi fakültəsinin III kurs kursantları FHN-in Bakı Regional Mərkəzində 2019-cu il iyulun 26-dan avqustun 9-dək “Qrup rəisi” vəzifəsində istehsalat təcrübəsi keçiblər.

FHN-in Bakı Regional Mərkəzinin fəaliyyəti, gündəlik iş rejimi, axtarış-xilasetmə və digər texniki avadanlıqlarla tanışlıq kursantların bilik və bacarıqlarının artırılması yolunda mühüm əhəmiyyət kəsb edib.

Təcrübə dövründə hər bir kursanta, onun bilik və bacarıqları nəzərə alınmaqla, fərdi yanaşma təmin edilib, onların nəzəri biliklərinin artırılması və praktik vərdişlərin qazanılması istiqamətində məqsədyönlü iş aparılıb.

Təcrübənin  ilk  günlərindən  kursantların  həvəslə  və  böyük  səylə  bu işə yanaşdıqları zabitlər tərəfindən müsbət qiymətləndirilib, bilik və bacarıqlarıqlarının  artırılması  üçün  bütün  imkanlar  səfərbər  edilib.

Kursantlar mərkəzin struktur bölmələrinin fəaliyyət istiqamətləri və görülən işlər, eləcə də müvafiq sənədlərlə yaxından tanış olub, gələcək fəaliyyətləri üçün zəruri məlumatlar alıblar. Mərkəz rəhbərliyi və təcrübə  keçən zabitlər tərəfindən verilmiş tapşırıqlar da səylə yerinə yetirilib.

Qeyd edilənlərlə yanaşı kursantlar Regional Mərkəzin Xüsusi xilasetmə xidmətinin praktiki fəaliyyətində də yaxından iştirak ediblər. Texnikaya və avadanlıqlara qulluq zamanı iş prinsiplərini mənimsəməklə yanaşı, kursantlara onlardan düzgün istifadə qaydaları və təhlükəsiz iş prinsipi barədə ətraflı məlumat verilib.

Digər məlumatlar

FHN-in Gəncə Regional Mərkəzində xilasedicilər üçün kurslar təşkil olunub

16-20 sentyabr 2019-cu il tarixlərində Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzində FHN-in Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ – Mədən Nəzarəti Dövlət Agentliyi... ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi maarifləndirmə tədbiri keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi 20 sentyabr 2019-cu il tarixində FHN-in regionda fəaliyyət göstərən digər qurumları ilə birgə Lerik rayon Vizəzəmin kənd tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirib. ...

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin maarifləndirmə tədbirləri davam edir

FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin Gəncə regional  Dövlət Yanğın Nəzarəti İdarəsi 20 sentyabr 2019-cu il tarixində Gəncə şəhər M.C.Paşayev adına 39 nömrəli tam orta məktəbində......

Ardını oxu