Geri

FHN-in Sumqayıt Regional Mərkəzi maarifləndirmə tədbiri keçirib

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi tərəfindən 14 avqust 2019-cu il tarixində Sumqayıt Bələdiyyəsinin 5, 6 və 9-cu mikrorayonlar üzrə məhəllə komitələrinin nümayəndələri ilə “Yaşayış məntəqələrində əhalinin Fövqəladə hallara hazırlığının gücləndirilməsi” mövzusunda maarifləndirmə tədbiri keçirilib.

Tədbirin keçirilməsində məqsəd məhəllə komitəsinin üzvlərinin fövqəladə hallarla bağlı davranış qaydaları və mülki müdafiə sahəsində biliklərinin artırılmasına, baş verə biləcək yanğın və ya partlayış hadisələrinin qarşısının alınması məqsədilə profilaktik tədbirlərin görülməsinə nail olmaqdır.

Tədbirdə FHN-in Sumqayıt Regional Mərkəzinin və Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin, Sumqayıt Bələdiyyəsinin və məhəllə komitəsinin nümayəndələri iştirak ediblər.

Tədbirdə “Fövqəladə halların təsnifatı”, “Zəlzələ zamanı necə davranmalı?”, “Sel və daşqın zamanı nə etməli”, “Məişətdə yanğın zamanı davranış qaydaları”, “Odsöndürən balonlardan istifadə”, “Dəm qazı”, “Çimərlikdə təhlükəsiz qaydaları”və “112 qaynar xətti” mövzularında çıxışlar edilib, mövzulara aid videoçarxlar nümayiş olunub. 

Sonda mövzulara dair suallar cavablandırılıb və maarifləndirmə xarakterli təbliğat materialları, yaddaş kitabçaları, bukletlər paylanılıb.

Digər məlumatlar

FHN-in Dövlət Yanğından Mühafizə Xidmətində Xocalı soyqırımı ilə bağlı tədbir keçirilib

FHN-in Dövlət Yanğından Mühafizə Xidmətində 25 fevral 2020-ci il tarixində Xocalı soyqırımının 28-ci ildönümünə həsr edilmiş anım tədbiri keçirilib. Mərasimdə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.      ...

Ardını oxu

FHN-in regional mərkəzləri maarifləndirmə tədbirləri keçirib

25 fevral 2020-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi Ağcabədi şəhər 2 nömrəli tam orta məktəbində, Şimal Regional Mərkəzi Xaçmaz rayon Qadaşoba kənd tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbirləri keçirib. ...

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirlərini davam etdirir

25 fevral 2020-ci il tarixində FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin Muğan regional Dövlət Yanğın Nəzarəti İdarəsi Sabirabad şəhər Kür-Araz çaylarında Bəndlərin İstismar İdarəsində, Şirvan Müalicə Diaqnostika Mərkəzində, Qarabağ regional Dövlət Yanğın Nəzarəti İdarəsi Ağdam rayon Soltanbud və Hacıturalı kənd tam orta məktəblərində, Ağcabədi şəhər 2 nömrəli......

Ardını oxu