Geri

FHN-in əməkdaşı Avropa çempionatında bürünc medal qazanıb

Fövqəladə Hallar Nazirliyi İdman-sağlamlıq klubunun əməkdaşı, yüngül atlet Zəkiyyə Həsənova daha bir mötəbər beynəlxalq yarışdan medalla dönüb. Zəkiyyə Həsənova növbəti uğuruna 10-11 avqust 2019-cu il tarixlərində Makedoniyanın Skopye şəhərində keçirilən Avropa çempionatında imza atıb. 13 ölkənin təmsil olunduğu çempionatın birinci günü idmançımız 100 m məsafəyə qaçışda 11,94 saniyə, 4x100 m məsafəyə estafet qaçışında isə 46,92 saniyə nəticə ilə, yarışların  ikinci günü isə 200 m məsafəyə qaçışda 24,52 saniyə nəticə ilə bürünc medal qazanıb.

Digər məlumatlar

FHN-in Gəncə Regional Mərkəzində xilasedicilər üçün kurslar təşkil olunub

16-20 sentyabr 2019-cu il tarixlərində Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzində FHN-in Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ – Mədən Nəzarəti Dövlət Agentliyi... ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi maarifləndirmə tədbiri keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi 20 sentyabr 2019-cu il tarixində FHN-in regionda fəaliyyət göstərən digər qurumları ilə birgə Lerik rayon Vizəzəmin kənd tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirib. ...

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin maarifləndirmə tədbirləri davam edir

FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin Gəncə regional  Dövlət Yanğın Nəzarəti İdarəsi 20 sentyabr 2019-cu il tarixində Gəncə şəhər M.C.Paşayev adına 39 nömrəli tam orta məktəbində......

Ardını oxu