Geri

FHN-in Şimal Regional Mərkəzi seminar-müşavirə keçirib

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi 14 avqust 2019-cu il tarixində Xaçmaz regional mədəniyyət idarəsinin Şabran rayonu üzrə nümayəndəliyində “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda seminar- müşavirə   keçirib.

Tədbirdə müxtəlif xarakterli fövqəladə halların yaranma səbəbləri, mülki müdafiə işinin təşkili, su hövzələrində təhlükəsizlik,  məişətdə qazdan təhlükəsiz istifadə, ildırım, sel və daşqın zamanı hərəkət qaydaları və elektrikdən istifadə zamanı təhlükəsizlik tədbirlərinə dair məruzələr edilib, müzakirələr aparılıb. 

Seminar-müşavirədə, həmçinin yanğın, dəm qazı, torpaq sürüşməsi zamanı təhlükəsiz davranış, odsöndürücü balonlardan istifadə qaydaları və fövqəladə hadisələrin vaxtında aradan qaldırılmasında “112” qaynar xətti”nin roluna dair məruzələr edilib.

Sonda mövzularla bağlı fotoslayd və videoçarx nümayiş olunub, suallar cavablandırılıb.

Digər məlumatlar

FHN-in Akademiyasında xalq yazıçısı Anarla görüş keçirilib

11 oktyabr 2019-cu il tarixində Fövqəladə Hallar Nazirliyinin Akademiyasında Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı, görkəmli ədib, ictimai xadim Anarla görüş keçirilib. Görüşdə Akademiyanin əməkdaşları, professor-müəllim heyəti və kursantları iştirak edib....

Ardını oxu

FHN-in Regional Mərkəzlərində maarifləndirmə tədbirləri keçirilib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi Masallı rayonu Bədəlan kənd tam orta məktəbində, Aran Regional Mərkəzi Goranboy rayon Boluslu kənd tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbirləri keçirib....

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirlərini davam etdirir

FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin İctimai obyektlərə nəzarət sektoru 11 oktyabr 2019-cu il tarixində Bakı şəhərində yerləşən “Opera” otelində, 1-ci ərazi  Dövlət Yanğın Nəzarəti İdarəsi Qaradağ rayon Səngəçal qəsəbəsində yerləşən Həkim Məntəqəsində, Cənub regional Dövlət Yanğın Nəzarəti İdarəsi DSMF-nin Lerik rayon...

Ardını oxu