Geri

FHN-in Şimal-qərb Regional Mərkəzi seminar-müşavirə keçirib

FHN-in Şimal-qərb Regional Mərkəzi nazirliyin Baş Əməliyyat İdarəsi ilə birgə 9 avqust 2019-cu il tarixində İsmayıllı rayon İcra Hakimiyyətində “Fövqəladə Hallar Nazirliyi Şimal-qərb Regional Mərkəzinin əhatə etdiyi rayonların icra hakimiyyəti strukturları, özünüidarəetmə orqanları və fövqəladə hallar komissiyaları arasında fövqəladə halların idarə olunması sahəsində birgə fəaliyyətin gücləndirilməsi və koordinasiyanın qurulması” mövzusunda seminar-müşavirə keçirib.

Tədbirdə Şimal-qərb Regional-Mərkəzinin, Şimal-qərb Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin, Sənayedə işlərin təhlükəsiz görülməsi və Dağ–Mədən Nəzarəti Agentliyinin Şimal-qərb Regional Müfəttişliyinin, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Şimal-qərb Regional Tikinti Müfəttişliyinin, İsmayıllı rayon Dövlət Yanğından Mühafizə hissəsinin, İsmayıllı rayon İcra Hakimiyyətinin, Polis şöbəsinin, Təhsil şöbəsinin, Mərkəzi Rayon Xəstəxanasının, Elektrik paylayıcı şəbəkəsinin, Qaz istismar sahəsinin, Telekomunikasya qovşağının, Suvarma sistemləri idarəsinin, Meşələrin mühafizəsi və bərpası müəssisəsinin rəhbər heyəti, inzibati ərazi dairələri üzrə nümayəndələr və bələdiyyə sədrləri iştirak edib.

Seminar-müşavirədə İsmayıllı rayonu üzrə təbii və texnogen xarakterli fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində nazirliyin qurumları, yerli icra hakimiyyəti və özünüidarəetmə orqanları ilə birgə qarşılıqlı fəaliyyətin təmin edilməsi, onların  qəza xilasetmə və digər təxirəsalınmaz işlərə cəlb olunması, baş vermiş və ya baş verə biləcək hadisələrlə bağlı informasiya mübadiləsinin vacibliyi vurğulanıb, qarşıda duran vəzifələr və problemlərin həlli barədə müzakirələr aparılıb.

Digər məlumatlar

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirləri keçirib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin Qarabağ regional Dövlət Yanğın Nəzarəti İdarəsi 16 avqust  2019-cu il tarixində Ağcabədi şəhəri 2 saylı Körpələr evi-uşaq bağçasında, “Azərpoçt” MMC-nin  Bərdə şəhər filialında və  Bərdə rayon Arxiv idarəsində maarifləndirmə tədbirləri keçirib. ...

Ardını oxu

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzində mülki müdafiə kursları keçirilib

Fövqəladə Hallar Nazirliyninn Cənub Regional Mərkəzində 2019-cu il üçün mülki müdafiə kurslarının dinləyicilərlə komplektləşdirmə planına əsasən, 14-16 avqust 2019-cu il tarixlərində "Yanğınsöndürmə manqalarının komandirləri" kateqoriyası üzrə mülki müdafiə kursları keçirilib. ...

Ardını oxu

FHN Akademiyasının kursantları Bakı Regional Mərkəzində “Qrup rəisi” vəzifəsində istehsalat təcrübəsi keçiblər

Fövqəladə Hallar Nazirliyi Akademiyasının Həyat fəaliyyətinin təhlükəsizliyi fakültəsinin III kurs kursantları FHN-in Bakı Regional Mərkəzində 2019-cu il iyulun 26-dan avqustun 9-dək “Qrup rəisi” vəzifəsində istehsalat təcrübəsi keçiblər. ...

Ardını oxu