Geri

FHN-in Cənub Regional Mərkəzi maarifləndirmə tədbiri keçirib

FHN-in Cənub Regional Mərkəzi 9 avqust 2019-cu il tarixində Lerik rayon İcra Hakimiyyəti başçısının Pirasora kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində  FHN-in regionda fəaliyyət göstərən digər qurumları ilə birgə “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirib.

Tədbirdə FHN-in Cənub Regional Mərkəzinin, DYNX-nin Cənub Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşları, yerli icra və özünüidarəetmə orqanlarının nümayəndələri, eləcə də kənd sakinləri iştirak ediblər.

Tədbir zamanı  fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı qarşılıqlı fəaliyyətin təşkili, təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı davranış qaydalarından bəhs edilib. Toplantıda, həmçinin dəm qazı təhlükəsinin yaranma səbəbləri, fərdi mühafizə vasitələrindən və ilkin yanğınsöndürmə avadanlıqlarından istifadə, eləcə də yanğın və texniki təhlükəsizlik qaydaları barədə məlumat verilib, mövzulara dair fotoslaydlar və videoçarxlar nümayiş olunub.

Sonda tədbir iştirakçılarına maarifləndirici yaddaş kitabçaları və xəbərdarlıq vərəqələri paylanılıb.

Digər məlumatlar

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirləri keçirir

FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin Cənub regional Dövlət Yanğın Nəzarəti İdarəsi 20 avqust  2019-cu il tarixində Cəlilabad rayon Heydər Əliyev Mərkəzində, Qarabağ regional Dövlət Yanğın Nəzarəti İdarəsi......

Ardını oxu

FHN-in Gəncə Regional Mərkəzi maarifləndirmə tədbiri keçirib

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi 20 avqust 2019-cu il tarixində Gəncə şəhəri 15 nömrəli körpələr evi-uşaq bağçasının kollektivi ilə  “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri təşkil edib. ...

Ardını oxu

FHN Şimal-qərb Regional Mərkəzi “dəyirmi masa” təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi tərəfindən 20 avqust 2019-cu il tarixində Qəbələ rayonunda fəaliyyət göstərən “Qəbələ” qəzeti redaksiyasında “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda “dəyirmi masa” keçirilib. Tədbirdə Qəbələ Rayon İcra Hakimiyyətinin və “Qəbələ” qəzetinin əməkdaşları iştirak ediblər. ...

Ardını oxu