Geri

FHN-in Cənub Regional Mərkəzi maarifləndirmə tədbiri keçirib

FHN-in Cənub Regional Mərkəzi 9 avqust 2019-cu il tarixində Lerik rayon İcra Hakimiyyəti başçısının Pirasora kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində  FHN-in regionda fəaliyyət göstərən digər qurumları ilə birgə “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirib.

Tədbirdə FHN-in Cənub Regional Mərkəzinin, DYNX-nin Cənub Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşları, yerli icra və özünüidarəetmə orqanlarının nümayəndələri, eləcə də kənd sakinləri iştirak ediblər.

Tədbir zamanı  fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı qarşılıqlı fəaliyyətin təşkili, təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı davranış qaydalarından bəhs edilib. Toplantıda, həmçinin dəm qazı təhlükəsinin yaranma səbəbləri, fərdi mühafizə vasitələrindən və ilkin yanğınsöndürmə avadanlıqlarından istifadə, eləcə də yanğın və texniki təhlükəsizlik qaydaları barədə məlumat verilib, mövzulara dair fotoslaydlar və videoçarxlar nümayiş olunub.

Sonda tədbir iştirakçılarına maarifləndirici yaddaş kitabçaları və xəbərdarlıq vərəqələri paylanılıb.

Digər məlumatlar

FHN-in əməkdaşları beynəlxalq yarışlarda uğurla çıxış ediblər

19 noyabr 2019-cu il tarixində Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq mərkəzində Nazirliyin beynəlxalq yarışlarda uğur qazanmış əməkdaşları ilə görüş keçirilib. ...

Ardını oxu

FHN-in əməkdaşı Dünya Çempionatında uğur qazanıb

24-26 oktyabr 2019-cu il tarixlərində Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı Fərqanə Saxrayeva Şimali Kiprdə Kata idman növü üzrə 55-60 kq çəki dərəcəsində Dünya Çempionatında 1-ci yerə layiq görülüb. Həmçinin, İtaliyanın Milan şəhərində keçirilən K1 döyüş növü üzrə Dünya Çemrionatında uğurlu çıxış edərək çempionatın......

Ardını oxu

Dövlət Yanğından Mühafizə Hissəsində müəllim və şagirdləri ilə görüş keçirilib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Səbail rayon Dövlət Yanğından Mühafizə Hissəsində 18 noyabr 2019-cu il tarixində Azərbaycan Milli Konservatoriyasının tərkibində fəaliyyət göstərən İncəsənət Gimnaziyasının müəllim və şagirdlərinin bir qrupu ilə görüş keçirilib. ...

Ardını oxu