Geri

FHN-in Şimal-qərb Regional Mərkəzi seminar-müşavirə keçirib

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzinin təşkilatçılığı və Şimal-qərb Regional Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Müfəttişliyinin əməkdaşlarının iştirakı ilə 9 iyul 2019-cu il tarixində 6 saylı Regional Sukanal İdarəsinin Qəbələ Sukanal sahəsində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda seminar-müşavirə keçirilib. Müşavirədə müəssisənin əməkdaşları iştirak edib.

Əvvəlcə, məruzəçilər tərəfindən “Fövqəladə halların qarşısının alınmasında təbliğatın rolu”, “İdarə və təşkilatlarda fövqəladə hallara hazırlığın təşkili”, “Sənaye müəssisələrində texniki təhlükəsizlik qaydaları”, “Yanğın təhlükəsizliyi qaydaları”, “112” xidmətindən düzgün istifadə qaydaları mövzularında çıxışlar edilib. Sonra fövqəladə hallarla bağlı mövzulara diqqətin daha da artırılması, həmçinin bu səpgidə mütəmadi söhbətlərin aparılması tövsiyə olunub, suallar cavablandırılıb.

Digər məlumatlar

FHN-nin Qarabağ Regional Mərkəzi maarifləndirmə tədbiri keçirib

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi 15 oktyabr 2019-cu il tarixində Beyləqan rayon Dünyamalılar kənd 2 nömrəli tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirib.  ...

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirlərini davam etdirir

FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin İctimai obyektlərə nəzarət sektoru 15 oktyabr 2019-cu il tarixində Bakı şəhər “GM City” oteldə, 3-cü ərazi Dövlət Yanğın Nəzarəti İdarəsi Nərimanov rayon Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsində...

Ardını oxu

FHN-in əməkdaşı dünya çempionatında gümüş medal qazanıb

14 oktyabr 2019-cu il tarixində Mərakeşdə veteran cüdoçular arasında keçirilən dünya çempionatında FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Corat sularda xilasetmə məntəqəsinin rəisi vəzifəsində çalışan daxili xidmət sıravisi Vüqar Babayev də iştirak edib....

Ardını oxu