Geri

FHN-in nümayəndəsi Belarusda məzun günündə iştirak edib

2-5 iyul 2019-cu il tarixlərində Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə işinin təşkili Baş idarəsinin rəisi general-mayor Niyazi Zamanov Belarus Respublikası Fövqəladə Hallar Nazirliyinin dəvəti ilə Nazirliyin Mülki Müdafiə Universitetinin məzun buraxılışı tədbirində iştirak etmək üçün Minskdə səfərdə olub. Tədbirdə Belarus Respublikasının Fövqəladə Hallar naziri daxili xidmət general-leytenantı Vladimir Vaşenko və bir sıra xarici ölkələrin müvafiq qurumlarının nümayəndələri iştirak ediblər.

FHN-in Baş idarə rəisi N.Zamanov səfər çərçivəsində bir sıra görüşlər keçirib. Görüşlərdə uyğun qurumlar arasında mülki müdafiə işinin təşkili ilə bağlı təcrübə mübadiləsinin genişləndirilməsinin və bununla bağlı təhsil sahəsində əməkdaşlığın əhəmiyyətindən danışılıb.

Aralarında azərbaycanlı məzunların da olduğu buraxılış mərasimində çıxış edən FHN-in Mülki müdafiə işinin təşkili Baş idarəsinin rəisi general-mayor Niyazi Zamanov dəvətə görə təşəkkürünü bildirib, məzunları təbrik edərək onlara uğurlar arzulayıb.

Digər məlumatlar

FHN-in Aran Regional Mərkəzi maarifləndirmə tədbiri keçirib

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi 19 iyul 2019-cu il tarixində Ağdaş şəhər bələdiyyəsində “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirib....

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi “dəyirmi masa” keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi 19 iyul 2019-cu il tarixində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Qaz İxrac” İdarəsinin Astara Magistral Qaz Kəmərləri sahəsində FHN-in regionda fəaliyyət göstərən digər qurumları ilə birgə “Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində Cənub Regional Mərkəzi ilə yerli......

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbiri keçirib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti 19 iyul 2019-cu il tarixində Dənizkənarı Bulvar İdarəsi “Dənizkənarı Milli Park” MMC-nin rəhbərliyinin müraciəti əsasında burada maarifləndirmə tədbiri keçirib. ...

Ardını oxu