Geri

FHN-in Şimal Regional Mərkəzi “dəyirmi masa” keçirib

FHN-in Şimal Regional Mərkəzi 31 iyul 2019-cu il tarixində Qusar rayon Gənclər Evində “Fövqəladə halların baş verdiyi ərazilərdən əhalinin müvəqqəti olaraq köçürülməsi, maddi və mədəni sərvətlərin evakuasiya (təxliyə) edilməsi və digər təxirəsalınmaz tədbirlərin planlaşdırılması və həyata keçirilməsində Nazirliyin struktur bölmələri ilə Qusar rayon İcra Hakimiyyətinin birgə fəaliyyəti” mövzusunda “dəyirmi masa” keçirilib.

“Dəyirmi masa”da Nazirliyin yerli qurumlarının, Qusar rayon İcra Hakimiyyətinin və Qusar rayonu üzrə digər aidiyyəti idarə və müəssisələrinin nümayəndələri iştirak edib.

Tədbiri giriş sözü ilə açan FHN-in Şimal Regional Mərkəzinin rəis müavini Zabil Babayev fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı informasiya mübadiləsinin həyata keçirilməsi, təxliyə tədbirlərinin təşkili, qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin aparılmasında qarşılıqlı fəaliyyətin təşkilinin mövcud vəziyyəti, bu sahədə görülən işlər, problemlər və həmin problemlərin həlli yolları barədə geniş məlumat veribr.

Daha sonra Qusar rayonunda fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində icra hakimiyyəti və özünüidarəetmə orqanları ilə qarşılıqlı fəaliyyət planlarına əsasən vəzifələr dəqiqləşdirilib, qüvvə və vasitələrin fövqəladə hal zonasına vaxtında cəlb edilməsinin vacibliyi bir daha vurğulanıb.

Tədbirin sonunda mövzulara dair videoçarx nümayiş etdirilib, yaddaş kitabçaları və təbliğat xarakterli materiallar paylanıb.

Digər məlumatlar

Taxıl zəmilərində, otlaq sahələrində və meşə fondu ərazilərində yanğın təhlükəsizliyinə riayət olunmalıdır

Yanğın təhlükəsizliyinin təmin edilməsi ilə bağlı əkin sahələrində baş vermiş yanğınların qarşısının alınması məqsədilə Tərtər və Cəlilabad rayon İcra Hakimiyyətində qərərgahlar yaradılıb....

Ardını oxu

Yanğın təhlükəsizliyi müzakirə olunub

Sabirabad rayonu ərazisində dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanılması və emalı dövründə, eləcə də meşə zolaqlarında  yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə......

Ardını oxu

Əkin sahələrinin yanğın təhlükəsizliyinə dair videokonfranslar keçirilib

Taxıl və dənli bitkilərin biçin mövsümü ilə əlaqədar olaraq Yevlax və Göyçay rayonlarında əkin sahələrində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə həmin rayonların icra hakimiyyətlərində müvafiq qərargahlar yaradılıb....

Ardını oxu