Geri

FHN-in Dövlət Yanğından Mühafizə Xidməti BOS ŞELF MMC-də yanğın təhlükəsizliyi ilə bağlı tədbirlər keçirib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin təşkilatçılığı ilə BOS ŞELF MMC-də yanğın təhlükəsizliyi ilə bağlı tədbirlər keçirilib.

Əvvəlcə, rəhbər və mühəndis heyət ilə obyektin ümumi ərazisinin, istehsalat sahələrinin yanğına qarşi vəziyyəti oyrənilib. Baxış zamanı aşkar olunmuş çatışmazlıqların təcili sürətdə aradan qaldırılması barədə göstərişlər verilib və dəniz özüllərinin dayaq hissələrinin yığılması zamanı yanğına qarşı rejimə ciddi riayət edilməsinin vacibliyi diqqətə çatdırılıb. Həmçinin qaynaq işləri aparılan zaman yanğın təhlükəsizliyi qaydalarına daim əməl olunması tövsiyə edilib.

Texniki baxışdan sonra BOS ŞELF MMC-də mühəndis və texniki işçilərə baş verə biləcək qəzalar zamanı ərazinin qəza-işıqlandırma sisitemi ilə işıqlandırılmasına dair nəzəri-praktiki seminarlar keçirilib.

Yanğına qarşı təbliğat xarakterli tədbirdə mühəndis-texniki işçilər, fəhlə və qulluqçular ərazinin saxlanma xüsusiyyətləri, o cümlədən yollar, yanğın təhlükəsizliyi tələblərinə uyğun aralıq məsafələr, binalara, su mənbələrinə və digər obyektlərə keçid yolları ilə bağlı tələblər, maddə və materialların saxlanılması, nəqliyyat vasitələrinin müəssisə ərazisinə buraxılması, yanğınsöndürmə və yanğın-rabitə siqnalizasiya vasitələrinin saxlanılması qaydaları haqqında ətraflı məlumat verilib. Toplantıda, həmçinin istehsalat və inzibati binalara, otaqlara və avadanlıqlara olan yanğın təhlükəsizliyi tələbləri haqqında məlumat verilib.

 

Digər məlumatlar

Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının üzvləri Heydər Əliyev Mərkəzini ziyarət ediblər

12-13 dekabr 2019-cu il tarixlərində Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının təşkilatçılığı ilə ititifaq üzvü olan, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətində və Xüsusi Riskli Xilasetmə Xidmətində çalışan bir qrup fəal əməkdaş Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsini yad etmək məqsədilə Heydər Əliyev Mərkəzində......

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirlərini davam etdirir

13 dekabr 2019-cu il tarixində FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsi Sumqayıt şəhər 27 nömrəli tam orta məktəbində, Psixiatriya xəstəxanasında, Sumqayıt ...

Ardını oxu

FHN, DİN və Səhiyyə nazirliklərinin qurumları birgə təlim keçirib

13 dekabr 2019 –cu il tarixində “Azərbaycan Respublikası yol hərəkətinin təhlükəsizliyinə dair  2020-2024 –cü illər uçun Dövlət Proqramı”nın müvafiq bəndlərinin icrası......

Ardını oxu