Geri

FHN-in Şimal Regional Mərkəzi seminar-müşavirə keçirib

24 iyul 2019-cu il tarixində Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi Xaçmaz regional mədəniyyət idarəsinin Qusar rayonu üzrə nümayəndəliyində “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda seminar- müşavirə keçirib.

Tədbirdə müxtəlif xarakterli fövqəladə halların yaranma səbəbləri, mülki müdafiə işinin təşkili, su hövzələrində təhlükəsizlik, məişətdə qazdan təhlükəsiz istifadə, ildırım, sel və daşqın zamanı hərəkət qaydaları və elektrikdən istifadə zamanı təhlükəsizlik tədbirlərinə dair məruzələr edilib, müzakirələr aparılıb.

Seminar-müşavirədə, həmçinin, yanğın, dəm qazı, torpaq sürüşməsi zamanı təhlükəsiz davranış, odsöndürücü balonlardan istifadə qaydaları və fövqəladə hadisələrin vaxtında aradan qaldırılmasında “112” qaynar xətti”nin roluna dair məruzələr edilib.

Sonda mövzularla bağlı fotoslayd və videoçarx nümayiş olunub, suallar cavablandırılıb.

Digər məlumatlar

FHN-in Qarabağ Regional Mərkəzi maarifləndirmə tədbiri keçirib

FHN Qarabağ Regional Mərkəzi 24 yanvar 2020-ci il tarixində Ağdam rayon Ayaq Qərvənd kənd tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirib....

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti regionlarda maarifləndirmə tədbirləri keçirib

24 yanvar 2020-ci il tarixində FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin Muğan regional Dövlət Yanğın Nəzarəti İdarəsi Hacıqabul rayon Muğan qəsəbə tam orta məktəbində, Neftçala şəhər 4 nömrəli...

Ardını oxu

FHN-in Beynəlxalq Axtarış-xilasetmə Dəstəsi taktiki-xüsusi təlim keçirib

23-24 yanvar 2020-ci il tarixlərində Fövqəladə Hallar Nazirliyinin Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin şəxsi heyətinin iştirakı ilə taktiki-xüsusi təlim keçirilib. ...

Ardını oxu