Geri

FHN-in Şimal-qərb Regional Mərkəzi görüş keçirib

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi 23 iyul 2019-cu il tarixində Qəbələ rayon Nohurqışlaq kənd İnzibati Ərazi Nümayəndəliyində “Su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması sahəsində aidiyyəti yerli icra hakimiyyəti və özünüidarəetmə orqanları ilə birgə müvafiq tədbirlərin həyata keçirilməsi” mövzusunda görüş keçirilmişdir. Tədbirdə FHN-in Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Qəbələ məntəqəsinin əməkdaşları, Qəbələ rayonu Vəndam qəsəbə, Nohurqışlaq kənd inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri və üzvləri, Nohur gölü ətrafında fəaliyyət göstərən istirahət obyektlərinin rəhbərləri, həmçinin, kənd sakinləri iştirak edib.

Tədbirdə “Fövqəladə hallar barədə ümumi məlumat”, “Baş verə biləcək hadisələrin qarşısının alınmasında təbliğatın rolu”, “Su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması sahəsində aidiyyəti yerli icra hakimiyyəti və özünüidarəetmə orqanları ilə qarşılıqlı fəaliyyətin təşkili və birgə müvafiq tədbirlərin həyata keçirilməsi”, “Su hövzələrində insanların təhlükəsizliyinin təmin edilməsi, xilasetmə əməliyyatlarının həyata keçirilməsi”, “Su obyektlərində istifadə olunan istirahət və idman qurğularında texniki təhlükəsizlik qaydaları”, “112” qaynar telefon xətti” mövzularında məlumat verilib. Daha sonra əhalinin və ərazilərin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə aparılmış monitorinqlər, həmçinin, ərazidə görülməsi vacib olan təhlükəsizlik tədbirləri ilə bağlı görüş iştirakçıları ilə qarşılıqlı şəkildə fikir mübadiləsi aparılıb.

Sonda “Su hövzələrində təhlükəsizlik və davranış qaydaları”na dair videoçarx nümayiş olunub.

Digər məlumatlar

FHN-in Qarabağ Regional Mərkəzi maarifləndirmə tədbiri keçirib

FHN Qarabağ Regional Mərkəzi 24 yanvar 2020-ci il tarixində Ağdam rayon Ayaq Qərvənd kənd tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirib....

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti regionlarda maarifləndirmə tədbirləri keçirib

24 yanvar 2020-ci il tarixində FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin Muğan regional Dövlət Yanğın Nəzarəti İdarəsi Hacıqabul rayon Muğan qəsəbə tam orta məktəbində, Neftçala şəhər 4 nömrəli...

Ardını oxu

FHN-in Beynəlxalq Axtarış-xilasetmə Dəstəsi taktiki-xüsusi təlim keçirib

23-24 yanvar 2020-ci il tarixlərində Fövqəladə Hallar Nazirliyinin Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin şəxsi heyətinin iştirakı ilə taktiki-xüsusi təlim keçirilib. ...

Ardını oxu