Geri

FHN-in Cənub Regional Mərkəzi “dəyirmi masa” keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi 19 iyul 2019-cu il tarixində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Qaz İxrac” İdarəsinin Astara Magistral Qaz Kəmərləri sahəsində FHN-in regionda fəaliyyət göstərən digər qurumları ilə birgə “Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində Cənub Regional Mərkəzi ilə yerli qurumlar arasında qarşılıqlı fəaliyyətin təşkili” mövzusunda “dəyirmi masa” keçirib.

Tədbirdə Astara Magistral Qaz Kəmərləri sahəsinin kollektivi iştirak edib.

“Dəyirmi masa”da fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı qarşılıqlı fəaliyyətin təşkili, təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı davranış, fərdi mühafizə vasitələrindən və ilkin yanğınsöndürmə avadanlıqlarından istifadə qaydaları, dəm qazı təhlükəsinin yaranma səbəblərinə dair məruzələr dinlənilib. Tədbirdə, həmçinin, yanğın və texniki təhlükəsizlik qaydalarının tələblərinə düzgün riayət edilməsinin vacibliyi diqqətə çatdırılıb, hər mövzu ilə bağlı videoçarx nümayiş olunub.

Sonda tədbir iştirakçılarına maarifləndirici yaddaş kitabçaları və xəbərdarlıq vərəqələri paylanılıb.

Digər məlumatlar

Maarifləndirmə tədbirləri davam etdirilir

9 dekabr 2019-cu il tarixində FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin İctimai obyektlərə nəzarət sektoru Bakı şəhəri Qaradağ rayonunda yerləşən “Karolina” otelində, Aran regional Dövlət Yanğın Nəzarəti İdarəsi......

Ardını oxu

FHN-in Şimal Regional Mərkəzində birgə qərargah məşqi keçirilib

5-6 dekabr 2019-cu il tarixlərində Fövqəladə halların nəticələrin aradan qaldırılması zamanı FHN-in xilasetmə qurumlarının struktur bölmələrinin qərargahlarının qarşılıqlı fəaliyyətinin təşkili mövzusunda birgə qərargah məşqi keçirilib. ...

Ardını oxu

FHN-in Aran Regional Mərkəzi maarifləndirmə tədbiri keçirib

6 dekabr 2019-cu il tarixində Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi Ucar rayon 5 nömrəli tam orta məktəbinin kollektivi ilə “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirib....

Ardını oxu