Geri

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbiri keçirib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti 19 iyul 2019-cu il tarixində Dənizkənarı Bulvar İdarəsi “Dənizkənarı Milli Park” MMC-nin rəhbərliyinin müraciəti əsasında burada maarifləndirmə tədbiri keçirib.

Tədbirdə çıxış edən yanğına qarşı təbliğat şöbəsinin böyük təlimatçısı Rövşən Bəkirov “Yanğın təhlükəsizliyi qaydaları”ndan danışıb və bildirib ki, “Dənizkənarı Milli Park” isti yay günlərində əhalinin ən sıx toplaşdığı, uşaqların və valideynlərin istirahət etdiyi məkandır. Ona görə də burada təhlükəsizlik, o cümlədən yanğın təhlükəsizliyi qaydalarının tələblərinə əməl edilməsi çox vacibdir. Bunun üçün yanğına cavabdeh şəxslər ilk növbədə işçiləri təlimatlandırmalı, su mənbələrinin, avtomatik yanğınsöndürmə və xəbərverici qurğuların, ilkin odsöndürücü balonların işlək və saz vəziyyətdə olmasına, elektrik təsərrüfatına ciddi diqqət yetirməlidirlər. İşçilər bilməlidirlər ki, əhali tezalışan, partlamaya meylli maddələrlə ticarət mərkəzlərinə daxil olmamalı, çıxış qapıları, təxliyyə yolları açıq saxlanılmalıdır.

Sonda ilkin odsöndürücü balonlardan istifadə qaydası şərti yanğın zamanı əyani surətdə göstərilib.

Digər məlumatlar

Maarifləndirmə tədbirləri davam etdirilir

9 dekabr 2019-cu il tarixində FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin İctimai obyektlərə nəzarət sektoru Bakı şəhəri Qaradağ rayonunda yerləşən “Karolina” otelində, Aran regional Dövlət Yanğın Nəzarəti İdarəsi......

Ardını oxu

FHN-in Şimal Regional Mərkəzində birgə qərargah məşqi keçirilib

5-6 dekabr 2019-cu il tarixlərində Fövqəladə halların nəticələrin aradan qaldırılması zamanı FHN-in xilasetmə qurumlarının struktur bölmələrinin qərargahlarının qarşılıqlı fəaliyyətinin təşkili mövzusunda birgə qərargah məşqi keçirilib. ...

Ardını oxu

FHN-in Aran Regional Mərkəzi maarifləndirmə tədbiri keçirib

6 dekabr 2019-cu il tarixində Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi Ucar rayon 5 nömrəli tam orta məktəbinin kollektivi ilə “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirib....

Ardını oxu