Geri

FHN-in Regional Mərkəzləri maarifləndirmə tədbirlərini davam etdirir

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi Yasamal rayonundakı Uşaq Nevroloji Xəstəxanasında və Sumqayıt Regional Mərkəzi Xızı rayon Heydər Əliyev Mərkəzində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbirləri keçirib.

Tədbirlərdə “Fövqəladə halların təsnifatı”, “Zəlzələ zamanı davranış qaydaları”, “Torpaq sürüşməsi zamanı davranış qaydaları”, “Məişətdə yanğın zamanı davranış qaydaları”, “Dəm qazı”, “Odsöndürən balonlardan istifadə”, “112” qaynar xətti”, “Çimərliklərdə təhlükəsizlik qaydaları” mövzularında çıxışlar edilib, mövzulara aid videoçarxlar nümayiş olunub.

Sonda mövzulara dair suallar cavablandırılıb və maarifləndirmə xarakterli təbliğat materialları, yaddaş kitabçaları, bukletlər paylanılıb.

Digər məlumatlar

Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının üzvləri Heydər Əliyev Mərkəzini ziyarət ediblər

12-13 dekabr 2019-cu il tarixlərində Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının təşkilatçılığı ilə ititifaq üzvü olan, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətində və Xüsusi Riskli Xilasetmə Xidmətində çalışan bir qrup fəal əməkdaş Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsini yad etmək məqsədilə Heydər Əliyev Mərkəzində......

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirlərini davam etdirir

13 dekabr 2019-cu il tarixində FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsi Sumqayıt şəhər 27 nömrəli tam orta məktəbində, Psixiatriya xəstəxanasında, Sumqayıt ...

Ardını oxu

FHN, DİN və Səhiyyə nazirliklərinin qurumları birgə təlim keçirib

13 dekabr 2019 –cu il tarixində “Azərbaycan Respublikası yol hərəkətinin təhlükəsizliyinə dair  2020-2024 –cü illər uçun Dövlət Proqramı”nın müvafiq bəndlərinin icrası......

Ardını oxu