Geri

FHN-in Sumqayıt Regional Mərkəzi seminar-müşavirə keçirib

18 iyul 2019-cu il tarixində Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi tərəfindən “Delta Qrup C.O.” MMC-də “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda seminar-müşavirə keçirilib.

Tədbir müəssisədə çalışan əməkdaşların fövqəladə hallarla bağlı davranış qaydaları və mülki müdafiə sahəsində biliklərinin artırılması, baş verə biləcək yanğın və ya partlayış hadisələrinin qarşısının alınması məqsədilə profilaktik tədbirlərin görülməsi məqsədilə keçirilib.

Seminar-müşavirədə Sumqayıt Regional Mərkəzinin, Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin, “Delta Qrup C.O.” MMC-nin əməkdaşları iştirak edib.

Bu çərçivədə “Fövqəladə halların təsnifatı”, “Zəlzələ zamanı necə davranmalı?”, “Sel və daşqın zamanı nə etməli?”, “Məişətdə yanğın zamanı davranış qaydaları”, “Odsöndürən balonlardan istifadə”, “Çimərliklərdə təhlükəsizlik qaydaları”, “Dəm qazı” və “112” qaynar xətti” mövzularında çıxışlar edilib və mövzulara aid videoçarxlar nümayiş olunub.

Sonda mövzulara dair suallar cavablandırılıb, maarifləndirmə xarakterli təbliğat materialları, yaddaş kitabçaları və bukletlər paylanılıb.

Digər məlumatlar

Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının üzvləri Heydər Əliyev Mərkəzini ziyarət ediblər

12-13 dekabr 2019-cu il tarixlərində Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının təşkilatçılığı ilə ititifaq üzvü olan, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətində və Xüsusi Riskli Xilasetmə Xidmətində çalışan bir qrup fəal əməkdaş Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsini yad etmək məqsədilə Heydər Əliyev Mərkəzində......

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirlərini davam etdirir

13 dekabr 2019-cu il tarixində FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsi Sumqayıt şəhər 27 nömrəli tam orta məktəbində, Psixiatriya xəstəxanasında, Sumqayıt ...

Ardını oxu

FHN, DİN və Səhiyyə nazirliklərinin qurumları birgə təlim keçirib

13 dekabr 2019 –cu il tarixində “Azərbaycan Respublikası yol hərəkətinin təhlükəsizliyinə dair  2020-2024 –cü illər uçun Dövlət Proqramı”nın müvafiq bəndlərinin icrası......

Ardını oxu