Geri

FHN-in Muğan Regional Mərkəzi seminar-müşavirə keçirib

Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzi 18 iyul 2019-cu il tarixində Salyan rayon İcra Hakimiyyətində “Fövqəladə halların nəticələrinin aradan qaldırılması sahəsində Fövqəladə Hallar Nazirliyinin yerli qurumları ilə rayon icra hakimiyyəti və özünü idarəetmə orqanları, eləcə də xidmət sahələri arasında qarşılıqlı fəaliyyət, qarşıda duran vəzifələr və problemlər” mövzusunda seminar-müşavirə keçirib.

Tədbirdə FHN-in Baş əməliyyat idarəsinin, Muğan Regional Dövlət Yanğına Nəzarət İdarəsinin, Salyan Dövlət Yanğından Mühafizə Hissəsinin, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin, Qaz İstismar Sahəsinin, Elektrik Şəbəkənin, Suvarma Sisitemləri İdarəsinin, Polis və Təhsil şöbələrinin rəhbərləri, o cümlədən fövqəladə hallar komissiyalarının və bələdiyyələrin sədrləri, həmçinin, FHN Regional mərkəzinin aidiyyəti şöbə və sektorlarının əməkdaşları iştirak edib.

Müşavirədə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması zamanı qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin aparılmasında Regional Mərkəz ilə qarşılıqlı fəaliyyətin zəruriliyi vurğulanaraq görülən işlər, problemlər və onların həlli yollarından danışılıb.

Tədbirdə fövqəladə hallarla bağlı meşə və əkin sahələrində baş vermiş yanğınların qarşısının alınması üçün kəndlərdə əhalinin maarifləndirilməsinin, yay mövsümü ilə əlaqədar olaraq çimərliklərdə nəzarətin artırılmasının və müvafiq maarifləndirici lövhələrin qoyulmasının, gigiyena və ətraf ərazilərin çirklənməməsi üçün daha ciddi və konkret tədbirlərin görülməsinin vacibliyi diqqətə çatdırılıb.

Sonda suallar cavablandırılıb.

Digər məlumatlar

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirləri keçirib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin Qarabağ regional Dövlət Yanğın Nəzarəti İdarəsi 16 avqust  2019-cu il tarixində Ağcabədi şəhəri 2 saylı Körpələr evi-uşaq bağçasında, “Azərpoçt” MMC-nin  Bərdə şəhər filialında və  Bərdə rayon Arxiv idarəsində maarifləndirmə tədbirləri keçirib. ...

Ardını oxu

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzində mülki müdafiə kursları keçirilib

Fövqəladə Hallar Nazirliyninn Cənub Regional Mərkəzində 2019-cu il üçün mülki müdafiə kurslarının dinləyicilərlə komplektləşdirmə planına əsasən, 14-16 avqust 2019-cu il tarixlərində "Yanğınsöndürmə manqalarının komandirləri" kateqoriyası üzrə mülki müdafiə kursları keçirilib. ...

Ardını oxu

FHN Akademiyasının kursantları Bakı Regional Mərkəzində “Qrup rəisi” vəzifəsində istehsalat təcrübəsi keçiblər

Fövqəladə Hallar Nazirliyi Akademiyasının Həyat fəaliyyətinin təhlükəsizliyi fakültəsinin III kurs kursantları FHN-in Bakı Regional Mərkəzində 2019-cu il iyulun 26-dan avqustun 9-dək “Qrup rəisi” vəzifəsində istehsalat təcrübəsi keçiblər. ...

Ardını oxu