Geri

FHN-in Bakı Regional Mərkəzi mülki müdafiə məşqi keçirib

17 iyul 2019-cu il tarixində Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi Bakı şəhər Baş Səhiyyə İdarəsində “Fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı rəhbər və komandir-rəis heyətinin fəaliyyəti” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirib.

Məşqin keçirilməsində məqsəd rəhbər və komandir-rəis heyətinin fövqəladə hallara operativ reaksiyavermə üzrə hazırlıq səviyyəsinin yoxlanılması, fövqəladə hal şəraitində birgə fəaliyyətlərinin uzlaşdırılması, fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsi üzrə bilik və bacarıqlarının təkmilləşdirilməsi, məşqin təşkili və keçirilməsi, eləcə də işçi sənədlərin hazırlanması üzrə bacarıq və vərdişlərin aşılanması olub.

Məşqə Mərkəzin struktur bölmələri, Bakı şəhər Baş Səhiyyə İdarəsinin rəhbər heyəti, mülki müdafiə qüvvələrinin komandir-rəis heyəti, eləcə də tabeliyində olan aidiyəti obyektlərin rəhbər heyəti cəlb edilib.

Tədbir Bakı şəhər Baş Səhiyyə İdarəsinin aparatının və struktur bölmələrinin, aidiyyəti tabeli səhiyyə müəssisələrinin fövqəladə hal barədə xəbərdar edilməsi, iş rejimi (hazırlıq) dərəcələrinə gətirilməsi, idarəetmənin təşkili, zədələnmə ocağında vəziyyətin qiymətləndirilməsi, qərarların qəbul edilməsi, tabeçilikdə olanlara tapşırıqların qoyulması, qarşılıqlı fəaliyyətin, hərtərəfli təminatın və koordinasiyanın təşkili, qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin aparılması və başa çatdırılması zamanı rəhbər və komandir-rəis heyətinin fəaliyyəti üzrə sualların ardıcıl işlənilməsi ilə bir mərhələdə keçirilib.

Məşq zamanı vəziyyətin mürəkkəbləşdirilməsi məqsədi ilə Bakı Şəhər Baş Səhiyyə İdarəsinin inzibati binası, 5 nömrəli Şəhər Klinik Xəstəxanası və 10 saylı Şəhər Poliklinikasında 3 fövqəladə hadisə müəyyənləşdirilib.

Baş vermiş fövqəladə hallar üzrə siqnallar əsasında rəhbər və mülki müdafiə qüvvələrinin komandir-rəis heyəti, eləcə də tabeli qurumların rəhbərlərinin xəbərdar edilməsi və idarəetmə üzrə fəaliyətlər icra olunub.

Sonda Bakı Şəhər Baş Səhiyyə İdarəsinin iclas zalında vasitəçilərin iştirakı ilə rəhbər və mülki müdafiə qüvvələrinin komandir-rəis heyətinin xəritə üzrə dinləmələri keçirilib.



 

Digər məlumatlar

Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının üzvləri Heydər Əliyev Mərkəzini ziyarət ediblər

12-13 dekabr 2019-cu il tarixlərində Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının təşkilatçılığı ilə ititifaq üzvü olan, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətində və Xüsusi Riskli Xilasetmə Xidmətində çalışan bir qrup fəal əməkdaş Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsini yad etmək məqsədilə Heydər Əliyev Mərkəzində......

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirlərini davam etdirir

13 dekabr 2019-cu il tarixində FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsi Sumqayıt şəhər 27 nömrəli tam orta məktəbində, Psixiatriya xəstəxanasında, Sumqayıt ...

Ardını oxu

FHN, DİN və Səhiyyə nazirliklərinin qurumları birgə təlim keçirib

13 dekabr 2019 –cu il tarixində “Azərbaycan Respublikası yol hərəkətinin təhlükəsizliyinə dair  2020-2024 –cü illər uçun Dövlət Proqramı”nın müvafiq bəndlərinin icrası......

Ardını oxu