Geri

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti yanğın təhlükəsizliyi ilə bağlı tədbir keçirib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti 18 iyul 2019-cu il tarixində Bakı şəhərinin Nərimanov rayonu ərazisində yerləşən “Atlas-Otel-Baku”da  yanğın təhlükəsizliyi ilə bağlı tədbir keçirib.

Tədbirdə çıxış edənlər oteldə elektrik avadanlıqlarına, müdafiə aparatlarına və elektrik şəbəkələrinə vaxtlı-vaxtında profilaktiki baxışların, eləcə də planlaşdırılmış təmirlərin keçirilməsini təmin edərək yanğın törədə bilən pozuntuların aradan qaldırılmasına, mühafizə aparatlarının saz olmasına müntəzəm olaraq nəzarət edilməsinin vaciblyini vurğulayıblar. Həmçinin, təxliyyə yollarına daim diqqət yetirilməsinin, otel otaqlarını tərk edərkən istifadəçilərin elektrik və digər məişət cihazlarını şəbəkədən ayırmalı olmalarının, ilkin və avtomatik yanğınsöndürmə vasitələrinin işlək vəziyyətdə saxlanlmasının vacibliyini qeyd olunub.

Sonda iştirakçılara Dövlət Yanğın Nəzarəti Xidmətinin hazırlayıb nəşr etdirdiyi “Mehmanxanalarda yanğın təhlükəsizliyi” adlı kitabça və bu mövzuda plakat paylanılıb.

Digər məlumatlar

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirləri keçirib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin Qarabağ regional Dövlət Yanğın Nəzarəti İdarəsi 16 avqust  2019-cu il tarixində Ağcabədi şəhəri 2 saylı Körpələr evi-uşaq bağçasında, “Azərpoçt” MMC-nin  Bərdə şəhər filialında və  Bərdə rayon Arxiv idarəsində maarifləndirmə tədbirləri keçirib. ...

Ardını oxu

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzində mülki müdafiə kursları keçirilib

Fövqəladə Hallar Nazirliyninn Cənub Regional Mərkəzində 2019-cu il üçün mülki müdafiə kurslarının dinləyicilərlə komplektləşdirmə planına əsasən, 14-16 avqust 2019-cu il tarixlərində "Yanğınsöndürmə manqalarının komandirləri" kateqoriyası üzrə mülki müdafiə kursları keçirilib. ...

Ardını oxu

FHN Akademiyasının kursantları Bakı Regional Mərkəzində “Qrup rəisi” vəzifəsində istehsalat təcrübəsi keçiblər

Fövqəladə Hallar Nazirliyi Akademiyasının Həyat fəaliyyətinin təhlükəsizliyi fakültəsinin III kurs kursantları FHN-in Bakı Regional Mərkəzində 2019-cu il iyulun 26-dan avqustun 9-dək “Qrup rəisi” vəzifəsində istehsalat təcrübəsi keçiblər. ...

Ardını oxu