Geri

FHN-in regional mərkəzləri maarifləndirmə tədbirləri keçiriblər

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi 16 iyul 2019-cu il tarixində Samux rayon 5 nömrəli uşaq bağçasında, Muğan Regional Mərkəzi isə 17 iyul 2019-cu il tarixində Biləsuvar rayon Kommunal Müəssisələr İdarəsində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçiriblər. Tədbirlərdə müəssisələrin kollektivləri iştirak edib.

Toplantılar müxtəlif xarakterli fövqəladə halların zamanı davranış qaydalarına dair biliklərin aşılanması məqsədilə keçirilib. Tədbirlərdə zəlzələ, “112” qaynar telefon xətti, dəm qazı, yanğınlar, odsöndürən balonlardan istifadə qaydaları haqqında geniş məlumat verilib, mövzulara aid fotoslaydlar, videoçarxlar nümayiş olunub.

Sonda mövzulara dair suallar cavablandırılıb.

 

Digər məlumatlar

Maarifləndirmə tədbirləri davam etdirilir

9 dekabr 2019-cu il tarixində FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin İctimai obyektlərə nəzarət sektoru Bakı şəhəri Qaradağ rayonunda yerləşən “Karolina” otelində, Aran regional Dövlət Yanğın Nəzarəti İdarəsi......

Ardını oxu

FHN-in Şimal Regional Mərkəzində birgə qərargah məşqi keçirilib

5-6 dekabr 2019-cu il tarixlərində Fövqəladə halların nəticələrin aradan qaldırılması zamanı FHN-in xilasetmə qurumlarının struktur bölmələrinin qərargahlarının qarşılıqlı fəaliyyətinin təşkili mövzusunda birgə qərargah məşqi keçirilib. ...

Ardını oxu

FHN-in Aran Regional Mərkəzi maarifləndirmə tədbiri keçirib

6 dekabr 2019-cu il tarixində Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi Ucar rayon 5 nömrəli tam orta məktəbinin kollektivi ilə “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirib....

Ardını oxu