Geri

FHN-in Cənub Regional Mərkəzi tərəfindən praktiki məşğələ və maarifləndirmə tədbiri keçirilib

FHN-in Cənub Regional Mərkəzi tərəfindən 10 iyul 2019-cu il tarixində “Su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması” mövzusunda praktiki məşğələ və maarifləndirmə tədbiri keçirilib.

Praktiki məşğələnin keçirilməsində əsas məqsəd əhaliyə çimərliklərdən düzgün istifadə qaydaları, zərərçəkmişlərin xilas edilməsi və onlara ilkin tibbi yardımın göstərilməsi ilə bağlı biliklərin aşılanması olub.

Praktiki məşğələnin gedişində FHN-in Cənub Regional Mərkəzinin, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Cənub dalğıc axtarış qrupunun, Lənkəran xilasetmə məntəqəsinin əməkdaşları, eləcə də şəhər sakinləri iştirak ediblər.

Praktiki məşğələyə bir ədəd Mersedes Sprinter markalı xüsusi xilasetmə avtomobili, bir ədəd Chevrolet-Niva avtomobili və bir ədəd xilasetmə kateri, eyni zamanda xüsusi xilasetmə alət və avadanlıqları da cəlb edilib.

Şərti olaraq baş vermiş sudaboğulma hadisəsi zamanı FHN-in qüvvələri tərəfindən hadisə yerində zərərçəkmişin axtarışına başlanılıb, aparılan axtarış tədbirlərinin nəticəsi olaraq zərərçəkmiş xilasedicilər tərəfindən tapılaraq ilkin tibbi yardım göstərildikdən sonra Təcili və təxirəsalınmaz tibbi yardım stansiyasının əməkdaşlarına təhvil verilib.

Daha sonra çimərlikdə əhali üçün təhlükə yarada biləcək maneələrin təmizlənməsi istiqamətində müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilib, “112” mərkəzinə müraciət”, “Çimərlikdə təhlükəsizlik və davranış qaydaları”, “Suda zərərçəkmişə yardımın göstərilməsi”, “Çimərlikdə istirahət etmək istəyən hər bir uşaq hansı təhlükəsizlik qaydalarını bilməlidir?” mövzularında hazırlanmış yaddaş kitabçaları və maarifləndirici bukletlər paylanılıb.

Digər məlumatlar

Regional Mərkəzlərdə maarifləndirmə tədbirləri davam edir

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi Yardımlı rayon Anzov kənd tam orta məktəbində, Gəncə Regional Mərkəzi Samux rayonu Lək kənd tam orta məktəbində, Şimal Regional Mərkəzi Quba rayonu Qımıl kənd tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbirləri keçirib. ...

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirləri keçirib

FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin İctimai obyektlərə nəzarət sektoru 18 sentyabr 2019-cu il tarixində Bakı şəhərində yerləşən “Paradise” oteldə, Aran regional Dövlət Yanğın Nəzarəti İdarəsi......

Ardını oxu

FHN-in Qarabağ Regional Mərkəzi maarifləndirmə tədbiri keçirib

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi 17 sentyabr 2019-cu il tarixində Tərtər rayonu Bəyimsarov kənd tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirib. Qarabağ Regoinal Mərkəzinin və rayon Təhsil Şöbəsinin nümayəndələri, məktəbin müəllim-şagird kollektivi iştirak etdiyi tədbirdə məqsəd, şagirdlərin baş verə biləcək fövqəladə hadisələr zamanı davranış......

Ardını oxu