Geri

FHN-in Cənub Regional Mərkəzi tərəfindən praktiki məşğələ və maarifləndirmə tədbiri keçirilib

FHN-in Cənub Regional Mərkəzi tərəfindən 10 iyul 2019-cu il tarixində “Su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması” mövzusunda praktiki məşğələ və maarifləndirmə tədbiri keçirilib.

Praktiki məşğələnin keçirilməsində əsas məqsəd əhaliyə çimərliklərdən düzgün istifadə qaydaları, zərərçəkmişlərin xilas edilməsi və onlara ilkin tibbi yardımın göstərilməsi ilə bağlı biliklərin aşılanması olub.

Praktiki məşğələnin gedişində FHN-in Cənub Regional Mərkəzinin, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Cənub dalğıc axtarış qrupunun, Lənkəran xilasetmə məntəqəsinin əməkdaşları, eləcə də şəhər sakinləri iştirak ediblər.

Praktiki məşğələyə bir ədəd Mersedes Sprinter markalı xüsusi xilasetmə avtomobili, bir ədəd Chevrolet-Niva avtomobili və bir ədəd xilasetmə kateri, eyni zamanda xüsusi xilasetmə alət və avadanlıqları da cəlb edilib.

Şərti olaraq baş vermiş sudaboğulma hadisəsi zamanı FHN-in qüvvələri tərəfindən hadisə yerində zərərçəkmişin axtarışına başlanılıb, aparılan axtarış tədbirlərinin nəticəsi olaraq zərərçəkmiş xilasedicilər tərəfindən tapılaraq ilkin tibbi yardım göstərildikdən sonra Təcili və təxirəsalınmaz tibbi yardım stansiyasının əməkdaşlarına təhvil verilib.

Daha sonra çimərlikdə əhali üçün təhlükə yarada biləcək maneələrin təmizlənməsi istiqamətində müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilib, “112” mərkəzinə müraciət”, “Çimərlikdə təhlükəsizlik və davranış qaydaları”, “Suda zərərçəkmişə yardımın göstərilməsi”, “Çimərlikdə istirahət etmək istəyən hər bir uşaq hansı təhlükəsizlik qaydalarını bilməlidir?” mövzularında hazırlanmış yaddaş kitabçaları və maarifləndirici bukletlər paylanılıb.

Digər məlumatlar

FHN-in Qarabağ Regional Mərkəzi maarifləndirmə tədbiri keçirib

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi 21 yanvar 2020-сi il tarixində Bərdə rayon Türklər kənd tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış qaydaları”...

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirlərini davam etdirir

21 yanvar 2020-ci il tarixində FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin Muğan regional Dövlət Yanğın Nəzarəti İdarəsi Hacıqabul şəhər 10 nömrəli tam orta məktəbində, Salyan rayon Kolanı ...

Ardını oxu

Türkiyədə keçirilən təlimdə iştirak edən FHN-in Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin üzvlərinə sertifikatlar verilib

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin Türkiyə Respublikasının Daxili İşlər Nazirliyi Fəlakət və Fövqəladə Hallar Departamentinin (AFAD) dəvəti ilə 12-18 yanvar 2020-ci il tarixlərində Ankara şəhərində keçirilən təlimi başa çatıb. ...

Ardını oxu