Geri

FHN-in Dövlət Yanğın Nəzarəti maarifləndirmə tədbir keçirib

11 iyul 2019-cu il tarixində Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Xətai rayonu ərazisində yerləşən “N” saylı hərbi hissəsində yanğına qarşı maarifləndirici tədbir keçirib. Tədbirdə Daxili Qoşunların hərbi hissələrinin yanğına cavabdeh şəxsləri iştirak ediblər.

Toplantıda çıxış edən natiqlər bildiriblər ki, hərbi sahənin yanğın təhlükəsizliyinin təmin edilməsi xüsusi yanaşma tələb etdiyindən burada yanğın təhlükəsizliyi qaydalarına daha ciddi yanaşılmalıdır. Bunun üçün hərbi hissənin silah-sursat anbarları xüsusi mühafizə olunmalı, yanğın təhlükəsizliyi qaydalarına əməl edilməli, həyət quru otlardan mütamadi təmizlənməli, elektrik və qaz təsərrüfatı yanğın təhlükəsizliyi qaydalarının tələblərinə cavab verməli, avtomatik yanğınsöndürmə qurğuları, yanğın su mənbələri daim diqqətdə saxlanılmalıdır.

Tədbirin sonunda iştirakçılara ilkin odsöndürən balonlardan istifadə qaydaları öyrədilib, yanğın təhlükəsizliyi mövzusunda kitabçalar, vərəqələr, plakatlar paylanılıb.

Digər məlumatlar

FHN-in İdman-sağlamlıq mərkəzində görüş keçirilib

Braziliya hüquq mühafizə və güc sturukturlarının döyüş növləri üzrə təlimatçısı, Ciu-Citsu idman növü üzrə 5 dəfə dünya çempionu olmuş, Roys Qreys Azərbaycanda təşkil edilən Ciu-Citsu üzrə beynəlxalq seminarda iştirak edib. ...

Ardını oxu

FHN-in Şimal Regional Mərkəzi mülki müdafiə məşqi keçirib

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi 19 iyul 2019-cu il tarixində Xaçmaz Regional Mədəniyyət idarəsində nümünəvi mülki müdafiə məşqi keçirib. ...

Ardını oxu

FHN-in Aran Regional Mərkəzi maarifləndirmə tədbiri keçirib

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi 19 iyul 2019-cu il tarixində Ağdaş şəhər bələdiyyəsində “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirib....

Ardını oxu