Geri

FHN-in Dövlət Yanğından Mühafizə Xidməti yanğına qarşı təbliğat xarakterli tədbir keçirib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti 9 iyun 2019-ci il tarixində SOCAR-ın Kompleks Qazma İşləri Trestində yanğına qarşı təbliğat xarakterli tədbir keçirib.

SOCAR-ın Kompleks Qazma İşləri Trestinin 412 saylı Qazma Qurğusunda “Neft və qazma qurğularıda yanğın təhlükəsizliyi qaydaları” mövzusunda keçirilən yanğına qarşı təbliğat xarakterli tədbirdə rəhbər və mühəndis-texniki işçilərə, fəhlə və qulluqçulara ərazinin saxlanma xüsusiyyətləri, o cümlədən yollar, yanğın təhlükəsizliyi tələblərinə uyğun aralıq məsafələr, binalara, su mənbələrinə və digər obyektlərə keçid yollarla bağlı tələblər, maddə və materialların saxlanılması, nəqliyyat vasitələrinin müəssisə ərazisinə buraxılması, yanğınsöndürmə və yanğın rabitə siqnalizasiya vasitələrinin saxlanılması qaydaları haqqında ətraflı məlumat verilib. Yanğına qarşı təbliğat xarakterli tədbirdə mühəndis-texniki işçilər, fəhlələr ərazilərə, istehsalat və inzibati binalara, otaqlara və avadanlıqlara olan yanğın təhlükəsizliyi tələbləri haqqında məlumatlandırılıb, yanğına qarşı su təchizatı ilə bağlı tələblər haqqında ətraflı danışılaraq yanğın avadanlıqlarına qoşulmuş su şəbəkəsinin tələb olunan təzyiqi və yanğının söndürülməsi üçün hesablanmış su sərfini təmin etməsinin vacibliyi xüsusi olaraq diqqətə çatdırılıb.

Tədbirdə yanğın təhlükəsizliyinin təmin olunmasında ən vacib vəzifələrdən birinin də müəssisələr tərəfindən mühəndis və texniki işçilərə yanğın təhlükəsizliyi tələblərinin öyrədilməsi, onların yanğın təhlükəsizliyi bilgiləri ilə təlimatlandırılması qeyd olunaraq bu istiqamətdə fəaliyyətin təşkil olunması üçün müvafiq tövsiyələr verilib. Həmçinin, təhlükə mənbəli istehsalat sahəsində texniki təhlükəsizliyin gücləndirilməsi istiqamətinə həyata keçirilən tədbirlər, əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydaları, "Neft, qaz və neft - kimya sənayesində təhlükəsizlik qaydaları” üzrə biliklərin yoxlanılması, “Yanğın təhlükəsizliyi qaydaları”nın tətbiqi, bu qaydaların tələblərinə əməl olunması, mühəndis-texniki işçilərin, fəhlə və qulluqçuların yanğın təhlükəsizliyi bilgiləri ilə təlimatlandırılması və s. kimi məsələlərə də toxunulub.

 

Digər məlumatlar

Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının onlayn iclası keçirilib

22 may 2020-ci il tarixində FHN işçilərinin Həmkarlar İttifaqı FHN-in aparatı, regional mərkəzləri və qurumlarında fəaliyyət göstərən həmkarlar ittifaqı komitəsi sədrlərinin iştirakı ilə onlayn iclas keçirib.  ...

Ardını oxu

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti Şabran rayonunda regional müşavirə keçirib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti 20 may 2020-ci il tarixində Şabran şəhərində cari ilin ötən dövrü ərzində şimal regionu üzrə baş vermiş yanğınlarla bağlı əməliyyat şəraitinin vəziyyətinin, görülmüş işlər və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş müşavirə keçirib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi tərəfindən qanvermə aksiyası keçirilib

Heydər Əliyev Fondunun çağırışına və təşəbbüsünə dəstək olaraq Fövqəladə Hallar Nazirliyinin regionlarda yerləşən strukturları da könüllü qanvermə aksiyasına qoşulur. ...

Ardını oxu