Geri

FHN-in Şimal Regional Mərkəzi seminar-müşavirə keçirib

10 iyul 2019-cu il tarixində Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi Xaçmaz regional mədəniyyət idarəsinin Quba rayonu üzrə nümayəndəliyində “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda seminar- müşavirə keçirib.

Tədbirdə müxtəlif xarakterli fövqəladə halların yaranma səbəbləri, mülki müdafiə işinin təşkili, su hövzələrində təhlükəsizlik, məişətdə qazdan təhlükəsiz istifadə, ildırım, sel və daşqın zamanı hərəkət qaydaları və elektrikdən istifadə zamanı təhlükəsizlik tədbirlərinə dair məruzələr edilib, müzakirələr aparılıb.

Seminar-müşavirədə, həmçinin, yanğın, dəm qazı, torpaq sürüşməsi zamanı təhlükəsiz davranış, odsöndürücü balonlardan istifadə qaydaları və fövqəladə hadisələrin vaxtında aradan qaldırılmasında “112” qaynar xətti”nin roluna dair məruzələr edilib.

Sonda mövzularla bağlı fotoslayd və videoçarx nümayiş olunub, suallar cavablandırılıb.

 

Digər məlumatlar

FHN-in Aran Regional Mərkəzi maarifləndirmə tədbiri keçirib

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi 19 iyul 2019-cu il tarixində Ağdaş şəhər bələdiyyəsində “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirib....

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi “dəyirmi masa” keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi 19 iyul 2019-cu il tarixində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Qaz İxrac” İdarəsinin Astara Magistral Qaz Kəmərləri sahəsində FHN-in regionda fəaliyyət göstərən digər qurumları ilə birgə “Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində Cənub Regional Mərkəzi ilə yerli......

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbiri keçirib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti 19 iyul 2019-cu il tarixində Dənizkənarı Bulvar İdarəsi “Dənizkənarı Milli Park” MMC-nin rəhbərliyinin müraciəti əsasında burada maarifləndirmə tədbiri keçirib. ...

Ardını oxu