Geri

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti Bakı Metropoliteni QSC-də maarifləndirmə tədbiri keçirib

28 iyun 2019-cu il tarixində Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti Bakı Metropoliteni QSC-nin “Ulduz” stansiyasının ərazisində təlim-məşq keçirib.

Təlim-məşqə DYNX-nin əməkdaşları və yanğınsöndürmə texnikası ilə yanaşı Metropoliteninin əməkdaşları da cəlb olunublar. Ulduz stansiyasının ərazisində yerləşən “Kabel kollektorunda” baş vermiş şərti yanğın hadisəsinin söndürülməsi təlim-məşqin əsas mövzusu olub.

Tədbirdə şərti yanğın baş verən zaman stansiya növbətçisi tərəfindən səs ucaldıcı vasitəsilə yanğının baş verməsi barədə məlumat verilib və metropoliten işçiləri tərəfindən yanğının söndürülməsinə başlanılıb. Sonra FHN-in “112” “qaynar xətti”nə yanğın barədə məlumat verilib. Daha sonra yanğınsöndürən qvvələri şərti yanğın hadisəsi baş vermiş əraziyə gələrək yanğını söndürüblər.

Təlim-məşq başa çatdıqdan sonra yanğınsöndürənlər tərəfindən metropoliten işçilərinə baş verə biləcək fövqəladə hallar zamanı davranış və ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları izah edilib.

Digər məlumatlar

Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının üzvləri Heydər Əliyev Mərkəzini ziyarət ediblər

12-13 dekabr 2019-cu il tarixlərində Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının təşkilatçılığı ilə ititifaq üzvü olan, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətində və Xüsusi Riskli Xilasetmə Xidmətində çalışan bir qrup fəal əməkdaş Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsini yad etmək məqsədilə Heydər Əliyev Mərkəzində......

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirlərini davam etdirir

13 dekabr 2019-cu il tarixində FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsi Sumqayıt şəhər 27 nömrəli tam orta məktəbində, Psixiatriya xəstəxanasında, Sumqayıt ...

Ardını oxu

FHN, DİN və Səhiyyə nazirliklərinin qurumları birgə təlim keçirib

13 dekabr 2019 –cu il tarixində “Azərbaycan Respublikası yol hərəkətinin təhlükəsizliyinə dair  2020-2024 –cü illər uçun Dövlət Proqramı”nın müvafiq bəndlərinin icrası......

Ardını oxu