Geri

FHN-in Aran Regional Mərkəzi maarifləndirmə tədbiri keçirib

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi 28 iyun 2019-cu il tarixində FHN-in regionda fəaliyyət göstərən digər qurumları ilə birgə Yevlax şəhər Gigiyena və Epidemiologiya Mərkəzində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirib.

Tədbirin keçirilməsinin məqsədi müxtəlif xarakterli təbii və texnogen mənşəli fövqəladə halların təsnifatı, onların yaranma səbəbləri, yanğınsöndürmə avadanlıqlarından istifadə, mənzildə yanğın zamanı hərəkət qaydaları kimi mövzularda biliklərin aşılanması olub.

Toplantıda “Fövqəladə halların təsnifatı”, “Zəlzələ zamanı necə davranmalı?”, “Sel və daşqınlar zamanı davranış qaydaları”, “Odsöndürücü balonlardan istifadə qaydaları”, “Məişətdə yanğın”, “Çimərlikdə təhlükəsizlik qaydaları” və “112” qaynar telefon xətti” mövzularında çıxışlar edilib.

Sonda mövzularla bağlı fotoslayd və videoçarx nümayiş olunub, suallar cavablandırılıb.

 

Digər məlumatlar

FHN-in Şimal Regional Mərkəzi mülki müdafiə kursları təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi 2-13 sentyabr 2019-cu il tarixlərində rayon ümumtəhsil orta məktələrinin və onlara bərabər tutulan təhsil müəssisələrinin 2, 5 və 6-cı sinif rəhbərləri ilə metodiki toplantı keçirib. ...

Ardını oxu

FHN-in qurumları arasında səmti müəyyən etmə idman növü üzrə keçirilən çempionata yekun vurulub

11-13 sentyabr 2019-cu il tarixlərində Fövqəladə Hallar Nazirliyi İdman-Sağlamlıq Mərkəzinin və FHN İşçilərinin Həmkarlar İttifaqının birgə təşkilatçılığı ilə Qəbələ rayonunun meşə zolağında Fövqəladə Hallar Nazirliyinin qurumları arasında səmti müəyyən etmə üzrə keçirilən çempionata yekun vurulub. ...

Ardını oxu

FHN-in Aran Regional Mərkəzi maarifləndirmə tədbiri keçirib

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi 13 sentyabr 2019-cu il tarixində Mingəçevir şəhər Mərkəzi kitabxanada “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirib. ...

Ardını oxu