Geri

FHN-in Aran Regional Mərkəzi mülki müdafiə ilə bağlı maarifləndirmə tədbiri keçirib

Fövqəladə Hallar Nazirliyi Aran Regional Mərkəzi 25 iyun 2019-cu il tarixində Ağdaş rayonunun Qolqəti kəndində sakinlərlə “Mülki müdafiə hazırlığının təşkil olunması, təbii fəlakət və texnogen qəzalar zamanı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirib.

Tədbirdə Aran Regional Mərkəzinin Mülki müdafiə idarəsinin şəxsi heyəti, Dövlət Yanğın Nəzrəti Xidmətinin Aran Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin zabitləri, Ağdaş şəhər İcra Hakimiyyəti başçısının Qolqəti kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi, Qolqəti kənd Bələdiyyəsinin sədri, eləcə də Ağdaş Regional Qaz İstismar idarəsinin, Ağdaş rayon Elektrik Şəbəkəsinin, Ağdaş rayon Baytarlıq İdarəsinin, Ağdaş rayon Gigiyena və Epidemiologiya Mərkəzinin, Ağdaş rayon Qolqəti kənd xəstəxanasının aparıcı mütəxəssisləri, digər xidmət sahələrinin məsul şəxsləri və sakinlər iştirak ediblər.

Tədbirin keçirilməsində əsas məqsəd baş verə biləcək fövqəladə hadisələr zamanı əhalinin funksional vəzifələrini yerinə yetirmələri üzrə nəzəri biliklərini artırmaqdan və onlara praktik vərdişlərin aşılanmasından, həmçinin fövqəladə hadisələrin qarşısının alınması işində təşkilatçılıq və operativlik səviyyəsinin yüksəldilməsindən ibarət olub.

Tədbirdə “Fövqəladə halların təsnifatı”, “Zəlzələ zamanı necə davranmalı?”, “Sel və daşqın zamanı nə etməli?”, “Məişətdə yanğın zamanı davranış qaydaları”, “Dəm qazı” və “112” mərkəzi” mövzularında çıxışlar edilib. Bundan başqa, xidmət sahələrinin nümayəndələri təmsil olunduqları qrumların fövqəladə hallar zamanı fəaliyyətlərindən danışıb və sakinlərə ətraflı bilgilər veriblər.

Tədbirin yekununda mövzulara dair müzakirələr aparılıb.

Digər məlumatlar

Taxıl zəmilərində, otlaq sahələrində və meşə fondu ərazilərində yanğın təhlükəsizliyinə riayət olunmalıdır

Yanğın təhlükəsizliyinin təmin edilməsi ilə bağlı əkin sahələrində baş vermiş yanğınların qarşısının alınması məqsədilə Tərtər və Cəlilabad rayon İcra Hakimiyyətində qərərgahlar yaradılıb....

Ardını oxu

Yanğın təhlükəsizliyi müzakirə olunub

Sabirabad rayonu ərazisində dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanılması və emalı dövründə, eləcə də meşə zolaqlarında  yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə......

Ardını oxu

Əkin sahələrinin yanğın təhlükəsizliyinə dair videokonfranslar keçirilib

Taxıl və dənli bitkilərin biçin mövsümü ilə əlaqədar olaraq Yevlax və Göyçay rayonlarında əkin sahələrində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə həmin rayonların icra hakimiyyətlərində müvafiq qərargahlar yaradılıb....

Ardını oxu