Geri

FHN-in Dövlət Yanğından Mühafizə Xidməti “ “Etilen-Polietilen” zavodunda yanğın-taktiki təlimi keçirib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti 25 iyun 2019-cu il tarixində SOCAR-ın “Azərikimya” İB-nin “Etilen-Polietilen” zavodunun 3 saylı Qazayırma sahəsində "Açıq texnoloji qurğularda yanğınların söndürülməsi" mövzusunda yanğın-taktiki təlimi keçirib.

Təlim “Azərikimya” İB-nin texnoloji qurğularında yanğın zamanı texniki heyətin hərəkətlərini, obyekt rəhbərliyinin fəaliyyətini, yanğın zamanı birinci və sonrakı yanğınsöndürmə rəhbəri tərəfindən yanğın yerində kəşfiyyatın aparılmasını, yanğında vəziyyətin qiymətləndirilməsini, döyüş hərəkətlərinin həlledici istiqamətlərə yönəldilməsini, yanğın yerinə gələnə qədər texnikanın qarşılanmasını, yerləşdirilməsini və idarə olunmasını, yanğın zamanı rabitə və arxa sahənin təşkilini, döyüş əməliyyatları zamanı texniki təhlükəsizlik qaydalarına riayət olunmasını, təxliyə işlərinini məşq etdirmək məqsədilə keçirilib.

Təlimə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini daxili xidmət polkovniki Rza Xudiyev rəhbərlik edib. Təlimə 3 saylıli köpük çağırışına uyğun olaraq Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqyıt şəhər yanğından Mühafizə Qarnizonunun qüvvə və vasitələri, SOCAR-ın “Azərikimya” İB-nin “Etilen-Polietilen” zavodunun canlı qüvvəsi və müvafiq texnikası cəlb edilib.

Təlimdən öncə obyektin texnolji qurğularında, bina və tikililərindəki tikinti konstruksiyalarının yanğın təhlükəliliyi və obyektin digər mühüm əhəmiyyətli xüsusiyyətləri öyrənilib, təlimə cəlb olunmuş yanğın avtomobillərinin texniki silahlarla komplektləşdirilməsi, onların sazlığı və istismar zamanı etibarlılığı yoxlanılıb. Zəruri olan digər hazırlıq işləri görüldükdən sonra taktiki təlimə start verilib. Təlim təsdiq olunmuş plan üzrə icra edilib.

Sonda yanğından mühafizə hissələrinin, zavodun əməkdaşlarının yanğın-taktiki təlimdə hərəkətləri təhlil edilərək əldə edilmiş müsbət təcrübənin gələcəkdə tətbiq olunması, mövcud nöqsanların aradan qaldırılması, həmçinin gələcəkdə döyüş hərəkətlərinin təkmilləşdirilməsi istiqamətində səmərəli tədbirlərin hazırlanması ilə bağlı tövsiyələr verilib.

 

Digər məlumatlar

Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının onlayn iclası keçirilib

22 may 2020-ci il tarixində FHN işçilərinin Həmkarlar İttifaqı FHN-in aparatı, regional mərkəzləri və qurumlarında fəaliyyət göstərən həmkarlar ittifaqı komitəsi sədrlərinin iştirakı ilə onlayn iclas keçirib.  ...

Ardını oxu

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti Şabran rayonunda regional müşavirə keçirib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti 20 may 2020-ci il tarixində Şabran şəhərində cari ilin ötən dövrü ərzində şimal regionu üzrə baş vermiş yanğınlarla bağlı əməliyyat şəraitinin vəziyyətinin, görülmüş işlər və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş müşavirə keçirib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi tərəfindən qanvermə aksiyası keçirilib

Heydər Əliyev Fondunun çağırışına və təşəbbüsünə dəstək olaraq Fövqəladə Hallar Nazirliyinin regionlarda yerləşən strukturları da könüllü qanvermə aksiyasına qoşulur. ...

Ardını oxu