Geri

FHN-in regional mərkəzləri və qurumları 26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə tədbirlər keçiriblər

25 iyun 2019-cu il tarixində FHN-in regional mərkəzlərində və qurumlarında Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 101-ci ildönümünə həsr olunmuş tədbirlər keçirilib.

Tədbirlərdə əvvəlcə, Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, dövlət müstəqiliyi və ərazi bütövlüyümüz uğrunda həlak olmuş şəhidlərimizin, ümummilli lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Toplantılarda ordumuzun yaradılma tarixinə qısa ekskurs edilib, silahlı qüvvələrimizin keçdiyi çətin və şərəfli yoldan danışılıb. Qeyd edilib ki, ulu öndər Heydər Əliyev hakimiyyətdə olduğu dövrdə ordu quruculuğunu, silahlı qüvvələrin təkmilləşdirilməsini və maddi-texniki bazasının gücləndirilməsini, milli hərbi kadrların hazırlanmasını daim diqqətdə saxlayıb. Həmçinin respublikamızda ordunun daha da inkişafı və beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində dövlət başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu, davamlı və məqsədyönlü islahatların əhəmiyyətindən danışılıb, günü-gündən qüdrətlənən ordumuzun maddi-texniki təminatının yüksəldiyi, hərbi sahəyə dövlət tərəfindən xüsusi diqqət və qayğının göstərdiyi vurğulanıb.

 

Digər məlumatlar

Taxıl zəmilərində, otlaq sahələrində və meşə fondu ərazilərində yanğın təhlükəsizliyinə riayət olunmalıdır

Yanğın təhlükəsizliyinin təmin edilməsi ilə bağlı əkin sahələrində baş vermiş yanğınların qarşısının alınması məqsədilə Tərtər və Cəlilabad rayon İcra Hakimiyyətində qərərgahlar yaradılıb....

Ardını oxu

Yanğın təhlükəsizliyi müzakirə olunub

Sabirabad rayonu ərazisində dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanılması və emalı dövründə, eləcə də meşə zolaqlarında  yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə......

Ardını oxu

Əkin sahələrinin yanğın təhlükəsizliyinə dair videokonfranslar keçirilib

Taxıl və dənli bitkilərin biçin mövsümü ilə əlaqədar olaraq Yevlax və Göyçay rayonlarında əkin sahələrində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə həmin rayonların icra hakimiyyətlərində müvafiq qərargahlar yaradılıb....

Ardını oxu