Geri

FHN-in Qarabağ Regional Mərkəzi uşaq bağçası-körpələr evində “dəyirmi masa” keçirib

18 iyun 2019-cu il tarixində Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin təşklilatçılığı, Qarabağ Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşlarının iştirakı ilə Beyləqan rayon 7 nömrəli Uşaq Bağçası-Körpələr Evində “Fövqəladə hallarla bağlı qaydaları” mövzusunda “dəyirmi masa” keçirilib.

Görüş müəllim, tərbiyəçi və uşaqların fövqəladə hallarla bağlı davranış qaydaları və mülki müdafiə sahəsində biliklərinin artırılması, bağçalarda baş verə biləcək yanğın və ya partlayış hadisələrinin qarşısının alınması üçün proflaktik tədbirlərin görülməsi məqsədilə təşkil edilib.Tədbirdə ”Zəlzələ”, “Əyində geyim yanarkən davranış qaydaları”, “Su hövzələrində təhlükəsizlik qaydaları”, “Məişətdə yanğın zamanı davranış qaydaları”, “112” xidmətinə müraciət qaydaları”, “Odsöndürücü balondan istifadə qaydaları”mövzularında çıxışlar edilib, uşaqların təhlükəsizliyinin təmin edilməsi barədə ətraflı söhbətlər aparılıb.

“Dəyirmi msasa”da, həmçinin yanğın, daşqın, dəm qazı, avtomobil qəzaları və digər hadisələrə dair videoçarxlar nümayiş etdirilib. Sonda mövzulara uyğun olaraq hazırlanmış maarifləndirmə materialları paylanıb.

Görüşdə müəssisə kollektivi ilə yanaşı, ictimaiyyət nümayəndələri və valideynlər də iştirak ediblər. 

Digər məlumatlar

Maarifləndirmə tədbirləri davam etdirilir

15 noyabr 2019-cu il tarixində FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin İctimai obyektlərə nəzarət sektoru Bakı şəhəri Nəsimi rayonunda yerləşən “Centiral Park” otelində, 2-ci ərazi Dövlət Yanğın Nəzarəti İdarəsi......

Ardını oxu

FHN-in regional mərkəzləri maarifləndirmə tədbirləri keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi Masallı şəhər 3 nömrəli tam orta məktəbində, Aran Regional Mərkəzi Naftalan şəhər S.Vurğun adına 2 nömrəli tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbirləri keçirib. ...

Ardını oxu

FHN-in İdman-sağlamlıq mərkəzində sərbəst güləş üzrə çempionat keçirilib

13-15 noyabr 2019-cu il tarixlərində Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq mərkəzi və FHN işçilərinin Həmkarlar İttifaqının birgə təşkilatçılığı ilə nazirliyin əməkdaşları arasında sərbəst güləş üzrə çempionat keçirilib. ...

Ardını oxu