Geri

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti mehmanxanada maarifləndirmə tədbiri keçirib

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti 18 iyun 2019-cu il tarixində Səbail rayonu, H.Rzayeva küçəsi 3 ünvanda yerləşən “Promenade Hotel”  mehmanxanasında növbəti maarifləndirmə tədbirini keçirib.

Tədbirdə mehmanxananın yanğın təhlükəsizliyi barədə geniş söhbət aparılıb, suallar cavablandırılıb. Həmçinin ilkin odsöndürmə vasitələrindən istifadə qaydası əyani şəkildə göstərilib və “Vətəndaşların nəzərinə”, “Yanğın zamanı davranış qaydaları” mövzusunda yaddaş vərəqələri tədbir iştirakçılarına paylanıb, ”Mehmanxanaların yanğın təhlükəsizliyi” adlı yaddaş kitabçası rəhbərliyə təqdim edilib.

Digər məlumatlar

Maarifləndirmə tədbirləri davam etdirilir

15 noyabr 2019-cu il tarixində FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin İctimai obyektlərə nəzarət sektoru Bakı şəhəri Nəsimi rayonunda yerləşən “Centiral Park” otelində, 2-ci ərazi Dövlət Yanğın Nəzarəti İdarəsi......

Ardını oxu

FHN-in regional mərkəzləri maarifləndirmə tədbirləri keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi Masallı şəhər 3 nömrəli tam orta məktəbində, Aran Regional Mərkəzi Naftalan şəhər S.Vurğun adına 2 nömrəli tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbirləri keçirib. ...

Ardını oxu

FHN-in İdman-sağlamlıq mərkəzində sərbəst güləş üzrə çempionat keçirilib

13-15 noyabr 2019-cu il tarixlərində Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq mərkəzi və FHN işçilərinin Həmkarlar İttifaqının birgə təşkilatçılığı ilə nazirliyin əməkdaşları arasında sərbəst güləş üzrə çempionat keçirilib. ...

Ardını oxu