Geri

FHN-in Gəncə Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi Gəncə Dövlət Universitetində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirib.

Tədbirə universitetin müəllim və tələbələri cəlb olunub. Gəncə Dövlət Universitetinin mülki müdafiə işlərinə məsul şəxsi dərsdə çıxış edərək ali təhsil müəssisəsində sözügedən sahədə görülən işlərdən danışıb.

Dərsdə, həmçinin “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda mühazirə oxunub, fotoslaydlar nümayiş edilib. Sonra universitetin həyətində xüsusi xilasetmə alət və avadanlıqları nümayiş olunub. Sonda mövzuya dair suallar cavablandırılıb.

Digər məlumatlar

FHN-in İdman-sağlamlıq mərkəzində görüş keçirilib

Braziliya hüquq mühafizə və güc sturukturlarının döyüş növləri üzrə təlimatçısı, Ciu-Citsu idman növü üzrə 5 dəfə dünya çempionu olmuş, Roys Qreys Azərbaycanda təşkil edilən Ciu-Citsu üzrə beynəlxalq seminarda iştirak edib. ...

Ardını oxu

FHN-in Şimal Regional Mərkəzi mülki müdafiə məşqi keçirib

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi 19 iyul 2019-cu il tarixində Xaçmaz Regional Mədəniyyət idarəsində nümünəvi mülki müdafiə məşqi keçirib. ...

Ardını oxu

FHN-in Aran Regional Mərkəzi maarifləndirmə tədbiri keçirib

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi 19 iyul 2019-cu il tarixində Ağdaş şəhər bələdiyyəsində “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirib....

Ardını oxu