Geri

Fövqəladə Hallar Nazirliyinin qurumlarında və regional mərkəzlərində 15 iyun – Milli Qurtuluş Günü qeyd edilib

Fövqəladə Hallar Nazirliyinin qurumları və regional mərkəzlərində 15 iyun – Milli Qurtuluş Günü münasibətilə tədbirlər keçirilib.

Tədbirlərdə əvvəlcə, Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Bayram tədbirlərində 1992-1993-cü illərdə baş vermiş hadisələrlə bağlı ətraflı məlumat verilib, ulu öndər Heydər Əliyevin Azərbaycan xalqının qarşısındakı misilsiz xidmətləri xüsusi qeyd olunub. Bildirilib ki, 1993-cü ilin iyun ayında xalqın təkidli tələbi ilə Naxçıvandan Bakıya gələn Dahi rəhbər Azərbaycanı parçalanmaq təhlükəsindən xilas edib, ölkəmizi vətəndaş müharibəsindən qurtararaq müstəqilliyimizi qoruyub və möhkəmləndirib. Məhz onun müdrik siyasətinin zati-aliləri Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində dövlətimiz dünya birliyinin nüfuzlu üzvünə, regionun liderinə çevrilib.

Çıxışlardan sonra Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş sənədli film nümayiş etdirilib.

Digər məlumatlar

Maarifləndirmə tədbirləri davam etdirilir

15 noyabr 2019-cu il tarixində FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin İctimai obyektlərə nəzarət sektoru Bakı şəhəri Nəsimi rayonunda yerləşən “Centiral Park” otelində, 2-ci ərazi Dövlət Yanğın Nəzarəti İdarəsi......

Ardını oxu

FHN-in regional mərkəzləri maarifləndirmə tədbirləri keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi Masallı şəhər 3 nömrəli tam orta məktəbində, Aran Regional Mərkəzi Naftalan şəhər S.Vurğun adına 2 nömrəli tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbirləri keçirib. ...

Ardını oxu

FHN-in İdman-sağlamlıq mərkəzində sərbəst güləş üzrə çempionat keçirilib

13-15 noyabr 2019-cu il tarixlərində Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq mərkəzi və FHN işçilərinin Həmkarlar İttifaqının birgə təşkilatçılığı ilə nazirliyin əməkdaşları arasında sərbəst güləş üzrə çempionat keçirilib. ...

Ardını oxu