Geri

Regional mərkəzlərdə maarifləndirmə tədbirləri keçirilib

13 iyun 2019-cu il tarixində Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi Şəmkir rayon Kür qəsəbəsi H.Z.Tağıyev adına 2 nömrəli tam orta məktəbində, Bakı Regional Mərkəzi Xətai rayonundakı 2 nömrəli Şəhər Klinik Xəstəxanasında “Fövqəladə hallar ilə bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbirləri keçirib.

Tədbirlərdə regional mərkəzlərin, FHN-in digər müvafiq sturktur bölmələrinin təmsilçiləri, müəssisələrin kollektivləri iştirak edib.

Toplantıların keçirilməsində məqsəd müxtəlif xarakterli fövqəladə hallarda davranış qaydaları haqqında biliklərin aşılanması olub.

Tədbirlərə zəlzələ, “112” qaynar telefon xətti”, dəm qazı, yanğınlar, odsöndürən balonlardan istifadə qaydaları haqqında geniş məlumat verilib. Sonda sözügedən mövzulara aid fotoslaydlar və videoçarxlar nümayiş etdirilib, suallar cavablandırılıb.

Digər məlumatlar

Maarifləndirmə tədbirləri davam etdirilir

15 noyabr 2019-cu il tarixində FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin İctimai obyektlərə nəzarət sektoru Bakı şəhəri Nəsimi rayonunda yerləşən “Centiral Park” otelində, 2-ci ərazi Dövlət Yanğın Nəzarəti İdarəsi......

Ardını oxu

FHN-in regional mərkəzləri maarifləndirmə tədbirləri keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi Masallı şəhər 3 nömrəli tam orta məktəbində, Aran Regional Mərkəzi Naftalan şəhər S.Vurğun adına 2 nömrəli tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbirləri keçirib. ...

Ardını oxu

FHN-in İdman-sağlamlıq mərkəzində sərbəst güləş üzrə çempionat keçirilib

13-15 noyabr 2019-cu il tarixlərində Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq mərkəzi və FHN işçilərinin Həmkarlar İttifaqının birgə təşkilatçılığı ilə nazirliyin əməkdaşları arasında sərbəst güləş üzrə çempionat keçirilib. ...

Ardını oxu