Geri

FHN-in Dövlət Yanğın Nəzarəti və Dövlət Yanğından Mühafizə xidmətləri birgə təlim keçirib

13 iyun 2019-cu il tarixində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müraciəti və təşkilatçılığı ilə FHN-in Dövlət Yanğın Nəzarəti və Dövlət Yanğından Mühafizə xidmətləri Bakı şəhəri Nəsimi rayonunda yerləşən 5 nömrəli orta məktəbdə yanğın təhlükəsizliyinə dair nəzəri və praktik hissələrdən ibarət birgə təlim keçirib. Təlimdə əsas məqsəd məktəb kollektivinə yanğın təhlükəsizliyi qaydalarının aşılanması olub.

Təlimin nəzəri hissəsində ”Dəm qazı təhlükəsi”, ”Məişətdə yanğın təhlükəsizliyi”, ”112” qaynar xətti”nə nə vaxt zəng etməli?”, “Odsöndürənlərdən istifadə qaydası”, ”Meşələrin yanğın təhlükəsizliyi” adlı slaydlar təqdim edilərək yanğın təhlükəsizliyi qaydaları haqqında ətraflı məlumat verilib. Həmçinin ərazinin daim təmiz vəziyyətdə saxlanılması, normativ sənədlərə uyğun ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməsi, yanğın zamanı insanların binadan köçürülməsi (təxliyə) planlarının və hər bir sinif otağı üçün yanğın təhlükəsizliyi qaydalarına aid yaddaş kitabçalarının tərtib olunaraq müvafiq yerlərdən asılması, pilləkən qəfəsliklərində əlavə otaqların quraşdırılmasının yolverilməzliyi, yanğına qarşı su təchizatına (hovuzlar , kəmərlər, çənlər, hidrantlar) qayğı ilə yanaşılmasının vacibliyi qeyd olunub və “Vətəndaşların nəzərinə”, “Yanğın zamanı davranış qaydaları” mövzularında yaddaş vərəqələri, bukletlər tədbir iştirakçılarına paylanıb.

Təlimin praktiki hissəsində isə şərti yanğın zamanı həyəcan siqnalı verildikdən sonra FHN-in yanğınsöndürənləri və Təcili Təxirəsalınmaz Tibb Xidmətinin yardım dəstəsi təlimatda nəzərdə tutulmuş müddətdə hadisə yerinə çatıblar. Şərti yanğın baş vermiş məktəbdə insanların təxliyə planına uyğun olaraq təhlükəsiz yerə köçürülməsi həyata keçirilib, sinif otaqlarında qalmış məktəblilər xilas edilib, şərti xəsarət almış məktəblilərə ilkin tibbi yardım göstərilib.

Təlim uğurla başa çatdırılıb.

Digər məlumatlar

FHN-in İdman-sağlamlıq mərkəzində görüş keçirilib

Braziliya hüquq mühafizə və güc sturukturlarının döyüş növləri üzrə təlimatçısı, Ciu-Citsu idman növü üzrə 5 dəfə dünya çempionu olmuş, Roys Qreys Azərbaycanda təşkil edilən Ciu-Citsu üzrə beynəlxalq seminarda iştirak edib. ...

Ardını oxu

FHN-in Şimal Regional Mərkəzi mülki müdafiə məşqi keçirib

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi 19 iyul 2019-cu il tarixində Xaçmaz Regional Mədəniyyət idarəsində nümünəvi mülki müdafiə məşqi keçirib. ...

Ardını oxu

FHN-in Aran Regional Mərkəzi maarifləndirmə tədbiri keçirib

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi 19 iyul 2019-cu il tarixində Ağdaş şəhər bələdiyyəsində “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirib....

Ardını oxu