Geri

“Su hövzələrində təhlükəsizliyin təmin olunması” mövzusunda müşavirə keçirilib

31 may 2019-cu il tarixində Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti ilə FHN-in Şimal Regional Mərkəzi Xaçmaz rayonunda “Su hövzələrində təhlükəsizliyin təmin olunması” mövzusunda müşavirə keçirib.

Müşavirədə Xaçmaz rayon İcra Hakimiyyəti və yerli icra nümayəndəliklərinin, eyni zamanda bələdiyyələrin, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, polis və təhsil şöbələrinin, təcili tibbi yardım bölməsinin, yerli Gigiyena və Epidemiologiya Mərkəzinin məsul şəxsləri iştirak edib.

Tədbirdə Xaçmaz rayonu ərazisindəki su hövzələrində keçirilən monitorinqin nəticələri barədə tədbir iştirakçıları məlumatlandırılıb, aşkar olunmuş nöqsanlar fotoslaydlarla nümayiş olunaraq yerli icra orqanlarının rəhbərləri ilə müzakirə edilib, müvafiq məlumatlar aidiyyəti qurumların əməkdaşlarının diqqətinə çatdırılıb.

Toplantıda çıxış edənlər, həmçinin yay mövsümündə çimərliklərdə vətəndaşların təhlükəsizliyinin təmin olunması qaydaları, maarifləndirmə işinin vəziyyəti, ölkə ərazisindəki su hövzələrində həyata keçirilmiş təhlükəsizlik tədbirləri ilə bağlı tədbir iştirakçılarına geniş məlumatlar verib.

Sonda “Su hövzələrində təhlükəsizlik və davranış qaydaları”na dair videoçarx nümayiş etdirilib.

Digər məlumatlar

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirləri keçirib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin Qarabağ regional Dövlət Yanğın Nəzarəti İdarəsi 16 avqust  2019-cu il tarixində Ağcabədi şəhəri 2 saylı Körpələr evi-uşaq bağçasında, “Azərpoçt” MMC-nin  Bərdə şəhər filialında və  Bərdə rayon Arxiv idarəsində maarifləndirmə tədbirləri keçirib. ...

Ardını oxu

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzində mülki müdafiə kursları keçirilib

Fövqəladə Hallar Nazirliyninn Cənub Regional Mərkəzində 2019-cu il üçün mülki müdafiə kurslarının dinləyicilərlə komplektləşdirmə planına əsasən, 14-16 avqust 2019-cu il tarixlərində "Yanğınsöndürmə manqalarının komandirləri" kateqoriyası üzrə mülki müdafiə kursları keçirilib. ...

Ardını oxu

FHN Akademiyasının kursantları Bakı Regional Mərkəzində “Qrup rəisi” vəzifəsində istehsalat təcrübəsi keçiblər

Fövqəladə Hallar Nazirliyi Akademiyasının Həyat fəaliyyətinin təhlükəsizliyi fakültəsinin III kurs kursantları FHN-in Bakı Regional Mərkəzində 2019-cu il iyulun 26-dan avqustun 9-dək “Qrup rəisi” vəzifəsində istehsalat təcrübəsi keçiblər. ...

Ardını oxu