Geri

FHN Səbail rayon Dövlət Yanğından Mühafizə Hissəsində “Açıq qapı” günü keçirib

31 may 2019-cu il tarixində Fövqəladə Hallar Nazirliyin İctimaiyyətlə əlaqə idarəsi FHN-in Dövlət Yanğından Mühafizə Xidməti ilə birgə Səbail rayon DYMH-də 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə “Açıq qapı” günü keçirib.

Tədbirdə Bakı şəhərində fəaliyyət göstərən məktəb və uşaq bağçalarının bir qrup şagirdi iştirak edib. Uşaqlara yanğından mühafizə Hissəsinin fəaliyyəti haqqında ətraflı məlumat verilib, onlara ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib. Həmçinin, uşaqlar fövqəladə hallarla bağlı rəsm və maketlərdən ibarət sərgi ilə tanış olublar.

“Açıq qapı” günü 1 iyun tarixinədək davam edəcək.

Digər məlumatlar

Taxıl zəmilərində, otlaq sahələrində və meşə fondu ərazilərində yanğın təhlükəsizliyinə riayət olunmalıdır

Yanğın təhlükəsizliyinin təmin edilməsi ilə bağlı əkin sahələrində baş vermiş yanğınların qarşısının alınması məqsədilə Tərtər və Cəlilabad rayon İcra Hakimiyyətində qərərgahlar yaradılıb....

Ardını oxu

Yanğın təhlükəsizliyi müzakirə olunub

Sabirabad rayonu ərazisində dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanılması və emalı dövründə, eləcə də meşə zolaqlarında  yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə......

Ardını oxu

Əkin sahələrinin yanğın təhlükəsizliyinə dair videokonfranslar keçirilib

Taxıl və dənli bitkilərin biçin mövsümü ilə əlaqədar olaraq Yevlax və Göyçay rayonlarında əkin sahələrində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə həmin rayonların icra hakimiyyətlərində müvafiq qərargahlar yaradılıb....

Ardını oxu