Geri

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbiri keçirib

Fövqəladə Hallar Nazirliyinin Gəncə regional Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşları 30 may 2019-cu il tarixində Gəncə şəhərində yerləşən Gəncə Beynəlxalq Xəstəxanasında yanğın təhlükəsizliyi sahəsində maarifləndirmə tədbiri keçirib.

Tədbirdə xəstəxananın işçiləri ilə yanğın təhlükəsizliyi barədə geniş söhbət aparılıb, suallar cavablandırılıb, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydası əyani şəkildə göstərilib. FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən hazırlanmış “Səhiyyə müəssisələrində yanğın təhlükəsizliyi qaydaları”, “Vətəndaşların nəzərinə”, “Yanğın zamanı davranış qaydaları” mövzusunda yaddaş vərəqələri iştirakçılara paylanıb

Digər məlumatlar

FHN-in Şimal Regional Mərkəzi mülki müdafiə kursları təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi 2-13 sentyabr 2019-cu il tarixlərində rayon ümumtəhsil orta məktələrinin və onlara bərabər tutulan təhsil müəssisələrinin 2, 5 və 6-cı sinif rəhbərləri ilə metodiki toplantı keçirib. ...

Ardını oxu

FHN-in qurumları arasında səmti müəyyən etmə idman növü üzrə keçirilən çempionata yekun vurulub

11-13 sentyabr 2019-cu il tarixlərində Fövqəladə Hallar Nazirliyi İdman-Sağlamlıq Mərkəzinin və FHN İşçilərinin Həmkarlar İttifaqının birgə təşkilatçılığı ilə Qəbələ rayonunun meşə zolağında Fövqəladə Hallar Nazirliyinin qurumları arasında səmti müəyyən etmə üzrə keçirilən çempionata yekun vurulub. ...

Ardını oxu

FHN-in Aran Regional Mərkəzi maarifləndirmə tədbiri keçirib

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi 13 sentyabr 2019-cu il tarixində Mingəçevir şəhər Mərkəzi kitabxanada “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirib. ...

Ardını oxu