Geri

FHN-in “İzotop” xüsusi kombinatında məktəblilər üçün “Açıq qapı” günü keçirilib

30 may 2019-cu il tarixində Fövqəladə Hallar Nazirliyinin “İzotop” xüsusi kombinatında FHN-in İctimaiyyətlə əlaqə idarəsi ilə birgə Qaradağ rayonu Müşfiqabad qəsəbəsi Etibar Şirəliyev adına 274 saylı tam orta məktəbinin bir qrup şagirdi üçün 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə “Açıq qapı” günü keçirilib.

Tədbirin keçirilməsində məqsəd məktəbin müəllim və şagird heyətini Müşfiqabad qəsəbəsinin yaxınlığında yerləşən Fövqəladə Hallar Nazirliyinin “İzotop” xüsusi kombinatının fəaliyyəti ilə tanış etmək olub.

Tədbiri giriş sözü ilə açan “İzotop” xüsusi kombinatının direktoru Fikrət Aslanov şagirdləri 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə təbrik edib. O, kombinatın fəaliyyəti haqqında qonaqlara ətraflı məlumat verib.

“İzotop” xüsusi kombinatının Radioaktiv tullantıların toplanması, daşınması, yenidən işlənməsi, saxlanması və basdırılması mərkəzinin rəisi Cahangir Qulamov məktəblilərə rəhbərlik etdiyi mərkəz haqqında ətraflı bəhs edib. Kombinatın radiasiya təhlükəsizliyi üzrə mütəxəssisi Aytən Qəribova isə “Radiasiya nədir və ondan necə qorunmalı” və “Məktəblilər üçün yanğın təhlükəsizliyi qaydaları” barədə çıxış edib. Mövzular fotoslayd və videoçarxla müşayiət edilib.

Görüşdə çıxış edən FHN-in İctimaiyyətlə əlaqə idarəsinin rəis müavini polkovnik Məhbubə Mustafayeva nazirliyin fəaliyyət istiqamətləri, təbii və texnogen xarakterli fövqəladə hadisələr barədə söhbət açıb.

Məktəblilərə, eyni zamanda kombinatda istifadə olunan fərdi mühafizə vasitələri və radiasiyanı aşkar etmək üçün müvafiq dozimetrik və radiometrik cihazlar da əyani olaraq göstərilib.

Tədbirin sonunda suallar cavablandırılıb, şagirdlərə fövqəladə hallar zamanı davranış qaydalarına dair maarifləndirici çap materialları təqdim edilib.

Digər məlumatlar

Maarifləndirmə tədbirləri davam edir

21 sentyabr 2020-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin Muğan regional Dövlət Yanğın Nəzarəti İdarəsi “Pambıqçılığın yanğın təhlükəsizliyi” mövzusunda “P-Aqro” MMC-nin Sabirabad və Salyan rayon Pambıq qəbulu məntəqələrində maarifləndirmə tədbiri keçirib. ...

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirlərini davam etdirir

18 sentyabr 2020-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin Qarabağ regional Dövlət Yanğın Nəzarəti İdarəsi “Pambıqçılığın yanğın təhlükəsizliyi” mövzusunda “MKT İK” MMC-nin Ağdam filialında maarifləndirmə tədbiri keçirib. ...

Ardını oxu

Maarifləndirmə tədbirləri davam etdirilir

17 sentyabr 2020-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin Qarabağ regional Dövlət Yanğın Nəzarəti İdarəsi “Pambıqçılığın yanğın təhlükəsizliyi” mövzusunda Ağdam rayon Pambıq istehsalı və tədarükü məntəqəsində, Muğan regional Dövlət Yanğın Nəzarəti İdarəsi isə Saatlı rayon Pambıq tədarükü və emalı zavodunda  maarifləndirmə tədbirləri keçirib.......

Ardını oxu