Geri

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti Dövlət Yanğından Mühafizə Xidməti ilə birgə yanğın-taktiki təlim keçirib

29 may 2019-cu il tarixində Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin Şimal-Qərb regional Dövlət Yanğın Nəzarəti İdarəsi FHN-in Şimal-Qərb Regional Mərkəzinin və Qəbələ rayon DYMH-nin əməkdaşları ilə birgə Qəbələ rayonu, Duruca kənd ərazisində yerləşən “Qafqaz Tufandag Mountain Resort Hotel”də yanğın-taktiki təlim keçirib.

Təlimdə otelin yanğın təhlükəsizliyi barədə geniş söhbət aparılıb, yanğınsöndürənlər tərəfindən xilasetmə təlimi həyata keçirilib, suallar cavablandırılıb, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydası əyani şəkildə göstərilib. Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən hazırlanmış “Vətəndaşların nəzərinə”, “Yanğın zamanı davranış qaydaları” mövzusunda yaddaş vərəqələri iştirakçılara paylanıb, “Mehmanxanaların yanğın təhlükəsizliyi” adlı yaddaş kitabçası otelin rəhbərliyinə təqdim edilib.

Digər məlumatlar

Azərbaycan Respublikası Hökuməti və Qətər Dövləti Hökuməti arasında Sərmayə üzrə Birgə İşçi Qrupunun ilk iclası keçirilib

16 oktyabr 2019-cu il tarixində Fövqəladə Hallar Nazirliyində Azərbaycan Respublikası Hökuməti və Qətər Dövləti Hökuməti arasında Sərmayə üzrə Birgə İşçi Qrupunun ilk iclası keçirilib. ...

Ardını oxu

FHN-in Regional Mərkəzlərində maarifləndirmə tədbirləri keçirilib

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi Qazax rayonu H. Qaratel adına ümumi orta məktəbində, Şimal-qərb Regional Mərkəzi Zaqatala Dövlət İdarəetmə və Texnologiya Kollecində, Sumqayıt Regional Mərkəzi Abşeron rayonu Güzdək qəsəbə tam orta məktəbində  “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbirləri keçirib. ...

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirlərini davam etdirir

FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin Gəncə regional Dövlət Yanğın Nəzarəti İdarəsi  16 oktyabr 2019-cu il tarixində Gəncə şəhər 2 saylı tam orta məktəbdə, Göygöl şəhər 3 saylı tam orta məktəbdə, İctimai obyektlərə nəzarət sektoru Xaçmaz ...

Ardını oxu